“Milli Hakaton”nun növbəti mərhələsində 1640 şagird yarışacaq

14-05-2025 / 11:26

Elm və Təhsil Nazirliyinin dəstəyi və “Rəqəmsal bacarıqlar” layihəsinin təşkilatçılığı ilə həyata keçirilən “Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsinin növbəti mərhələsində yarışacaq iştirakçıların siyahısı açıqlanıb.

Xeberler.az məlumat verir ki, aprelin 22-25-də keçirilən seçim mərhələsində 15 mindən çox şagirdin texnoloji və analitik bacarıqları müxtəlif tapşırıqlar vasitəsilə qiymətləndirilib. Nəticələrə əsasən, 1640 şagird növbəti mərhələdə iştirak şansı qazanıb. Həmin iştirakçıların siyahısı codehour.edu.az saytında yerləşdirilib.

Qeyd edək ki, dörd mərhələ və finaldan ibarət olan hakaton müddətində iştirakçılar test tapşırıqları, komanda işi və layihə hazırlığı kimi yaradıcı və innovativ fəaliyyətlərdə iştirak edəcəklər. III və IV mərhələlər 5 müxtəlif regionda təşkil ediləcək. Bu mərhələlərdə iştirakçılar üçün onların bilik və bacarıqlarının inkişafına töhfə verəcək maarifləndirici sessiya və seminarlar təşkil ediləcək.

Müsabiqənin final mərhələsində isə 120 iştirakçıdan ibarət 30 komanda yarışacaq. Qalib komandaları dəyərli mükafatlar və xüsusi hədiyyələr gözləyir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə