Milli Net Təşkilat Komitəsi bildirir ki, Milli İnternet Mükafatı oktyabrın 1-dən başlayır.
İddiaçılar www.millinet.az saytında qeydiyyatdan keçərək öz İnternet resursları və internet layihələrini təqdim edə bilərlər.
Təşkilat Komitəsindən Xeberler.az-a verilən məlumata görə, bu il Milli Net yarışması 14 nominasiya üzrə keçiriləcək.
1. Korporativ saytlar
2. İctimai-sosial saytlar
3. Media və İnformasiya
4. Mədəniyyət, incəsənət və turizm saytları
5. Ailə, uşaq və sağlamlıq
6. Asudə vaxt, idman və əyləncə
7. Bloqlar
8. Elm və təhsil
9. Elektron hökumət
10. Xidmət (Servis)
11. Qarabağ haqqında saytlar
12. İstifadəçi kontenti üzərində qurulmuş saytlar
13. Mobil tətbiqlər
14. Ən yaxşı sosial şəbəkə səhifəsi
Ötən ildə olduğu kimi saytların qiymətləndirmə prosesini internet istifadəçiləri deyil, peşəkarlardan və mütəxəssislərdən ibarət olmaqla AİF tərəfindən formalaşdırılan münsiflər heyəti aparacaq. Hazırda münsiflər heyətinin formalaşdırılması prosesi davam edir.
Qaydalara uyğun olaraq, münsiflərə hər hansı aidiyyəti olan saytların müsabiqədə iştirakına yol verilmir. Münsiflər heyətinin verdiyi səslər müsabiqə başa çatdıqdan sonra geniş ictimaiyyət üçün açıqlanır və www.millinet.az saytında yerləşdirilir
Yekun səsvermədə münsiflərin hər bir sayt üzrə verdikləri qiymətlər əsaslandırılır.
Müsabiqədə 14 nominasiyanın hər biri üzrə qalib gələnlərə Milli Net-in tuncdan hazırlanmış xüsusi mükafatı – hörümçək toru əks olunan buta, diplomlar və qiymətli hədiyyələr təqdim olunacaq.
Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən Milli Net-in keçirilməsində məqsəd Azərbaycan internetinin inkişafına kömək etmək, ən yaxşı milli internet resurslarımızı üzə çıxartmaq və tanıtmaq, informasiya texnologiyalarının populyarlaşmasına dəstək vermək və Azərbaycan dilinin internetdə tətbiqini genişləndirməkdən ibarətdir.
Müsabiqəyə təqdim olunan saytların qeydiyyatı 2 ay davam edəcək və noyabrın sonunda qeydiyyat başa çatacaq. Qiymətləndirmə prosesi dekabrın 15 -dək davam edəcək.
Milli İnternet Mükafatının ənənəvi yekun təqdimat mərasiminin dekabrın sonlarında keçirilməsi nəzərdə tutulub.
Milli İnternet Mükafatına Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azercell, Delta Telecom və Bestcomp şirkətləri dəstək verir.
Mirvari Nəcəf
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri