Previous Next
Bağla

Milli informasiya resursları ələ keçirilib

03-03-2023 15:43
Milli informasiya resursları ələ keçirilib

Ötən gün "Yeni Musavat"ın "TV Musavat" və "Səs TV"nin Youtube kanallarına kiber hücum olub. Ondan öncə "Toplum TV" də kiberhücuma məruz qalmışdı.

Ümumiyyətlə, statistikaya nəzər salanda görmək olar ki, son zamanlar milli resurslarımıza qarşı bu tip kiberhücumlar xeyli artıb.

"Amma biz müvafiq dövlət qurumlarından adekvat addımlar müşahidə etmirik.Aidiyyatı qurumlar gərək kiberhücumdan öncə, profilaktiki işləri, kibertəhlükəsizliklə bağlı zəruri addımları atsınlar".

Bunu Xeberler.az-a məsələni şərh edərkən Azərbaycan İnternet Forumunun Prezidenti, ekspert Osman Gündüz deyib.

O xatırladıb ki, qeyri-dövlət sektorunda məhz bu tip məsələlərə cavabdeh qurum Rəqəmsal İnkişaf və Nəqliyat Nazirliyi Elektron Təhlükəsizlik Xidmətidir. 

Ekspert vurğulayıb ki, onun qlobal resursların administrasiyası ilə əlaqələri güclü olmalıdır, baş verənlərə anında reaksiyalar verilməlidir:

"Eyni zamanda, düşünürəm ki, MEDİA dövlət qurumu da bu məsələlərə, bu sahədə kadrların peşəkarlığının artırılmasına, redaksiyaların kibertəhlükəsizliklə bağlı potensialının gücləndirilməsinə diqqət yetirməlidir. Yeri gəlmişkən, gərək informasiya resurslarının sahibləri, media sahibləri də informasiya təhlükəsizliyi məsələlərinə diqqəti artırsınlar. Bu sahəyə investisiya yatırsınlar, peşəkar mütəxəssisləri dəvət etsinlər, komanda üçün vaxtaşırı peşəkarları dəvət edərək təlimlər təşkil etsinlər. Dünyanın gedişatı elədir ki, kibertəhdidlər, hücumlar olacaq və müşahidələr göstərir, elə bizim Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hesabatından görsənirdi ki, bu tip hücümlar getdikcə artacaq. Beləliklə, bu yuxarıdakı qeydlər əsasən profilaktika ilə, cinayət baş verməzdən öncə atılacaq addımlarla bağlı idi".

Osman Gündüz əlavə edib ki, əgər milli resurslara qarşı artıq kibercinayət baş veribsə onda gərək digər müvafiq dövlət qurumları anında buna reaksiya verməlidirlər:

"Bununla bağlı qanunvericilikdə, qoşulduğumuz beynəlxalq konvensiyada yetərincə müddəalar nəzərdə tutulub. Rəsmi açıqlamalar olmalıdır. Amma bunlar müşahidə olunmur. Ölkənin informasiya təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edən milli informasiya resurslarımıza qarşı bu cür sayğısızlıq yolverilməzdir. Milli informasiya resurslarına adi bir "sayt", "veb səhifə", adi bir sosial resurs kimi yanaşmaq heç bir halda doğru deyil. Uzun illər boyu formalaşan, nəhəng informasiya ehtiyatına malik olan, yüz minlərlə auditoriyası olan, informasiya azadlığının reallaşmasına kömək edən, ictimai fikrin formalaşmasına təsir edən bu informasiya resursları dövlət üçün çox mühüm əhəmiyyət kəsb edir".

Ekspert hesab edir ki, yüz minlərlə ziyarətçisi olan bir milli Youtube kanalının bir anda yoxa çıxması informasiya sahəsində milli maraqlarımız üçün ciddi təhdid olaraq dəyərləndirlməlidir:

"İnformasiya sahəsində milli maraqlarımız tələb edir ki, informasiya azadlığının reallaşması üçün bu resurslar daim dayanıqlı olmalı, əlçatan olmalı və təhlükəsizliyi təmin edilməlidir. Ümid edirəm ETX, DTX, DİN, CERT və digər qurumlar milli informasiya resurslarının təhlükəsizliyinin qorunması sahəsində səylərini gücləndirəcəklər".

 

 

 
 
 
 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Ekspert: Dövlət qurumlarının informasiya təhlükəsizliyi necə təmin olunur ?

Ekspert: Dövlət qurumlarının informasiya təhlükəsizliyi necə təmin olunur ?

18-04-2022
DTX yeni fəaliyyət istiqaməti müəyyən edib

DTX yeni fəaliyyət istiqaməti müəyyən edib

23-04-2022
Azərbaycan kibertəhlükəsizlik üzrə beynəlxalq reytinqdə 33 pillə irəliləyib

Azərbaycan kibertəhlükəsizlik üzrə beynəlxalq reytinqdə 33 pillə irəliləyib

25-01-2023
DTX yeni səlahiyyətlər əldə edib

DTX yeni səlahiyyətlər əldə edib

07-07-2022
Osman Gündüz: İnformasiya təhlükəsizliyimiz sınaq qarşısındadır

Osman Gündüz: İnformasiya təhlükəsizliyimiz sınaq qarşısındadır

20-02-2025
Azərbaycan elektron informasiya ehtiyatlarına kiberhücumlar gözlənilir

Azərbaycan elektron informasiya ehtiyatlarına kiberhücumlar gözlənilir

05-08-2022
Müharibə şəraitində informasiya resurslarımızın dayanıqlığı əhəmiyyət kəsb edir

Müharibə şəraitində informasiya resurslarımızın dayanıqlığı əhəmiyyət kəsb edir

15-07-2020
Milli İnternet resurslarımıza hücumlar artacaq

Milli İnternet resurslarımıza hücumlar artacaq

23-04-2015
“İnternet medianın informasiya təhlükəsizliyi” mövzusunda Dəyirmi Masa keçiriləcək

“İnternet medianın informasiya təhlükəsizliyi” mövzusunda Dəyirmi Masa keçiriləcək

30-01-2014
Kibercinayətkarlığa kim cavabdehdir?

Kibercinayətkarlığa kim cavabdehdir?

21-06-2019
İnternet provayderləri üçün yeni öhdəliklər müəyyən edilir

İnternet provayderləri üçün yeni öhdəliklər müəyyən edilir

24-06-2026
Kiberhücumun ünvanı – texniki sübut, yoxsa siyasi şübhə? - Ekspertdən açıqlama

Kiberhücumun ünvanı – texniki sübut, yoxsa siyasi şübhə? - Ekspertdən açıqlama

03-05-2025
Ekspert:Nazirlərin internet məlumatları ələ keçirilib

Ekspert:Nazirlərin internet məlumatları ələ keçirilib

23-04-2022
“Avropa Oyunları zamanı İnternet və informasiya mübadiləsi proseslərini dörd qurum monitorinq edəcək”

“Avropa Oyunları zamanı İnternet və informasiya mübadiləsi proseslərini dörd qurum monitorinq edəcək”

23-04-2015
Bu qurumların strukturu niyə təsdiqlənmir?

Bu qurumların strukturu niyə təsdiqlənmir?

06-01-2021
Ekspert kibertəhlükəsizlik strategiyasından danışdı

Ekspert kibertəhlükəsizlik strategiyasından danışdı

11-03-2019
Dövlət resursları ilə bağlı problem həll olundu - Daha çökməyəcək

Dövlət resursları ilə bağlı problem həll olundu - Daha çökməyəcək

19-04-2021
 İpoteka Fondunun sistemi ilə bağlı məsuliyyətsizlik nə vaxtadək davam edəcək?

İpoteka Fondunun sistemi ilə bağlı məsuliyyətsizlik nə vaxtadək davam edəcək?

03-02-2023
Ekspert: Nə üçün Kibertəhlükəsizlik sektorunda təşkilati-hüquqi tədbirlər başa çatdırılmır ?

Ekspert: Nə üçün Kibertəhlükəsizlik sektorunda təşkilati-hüquqi tədbirlər başa çatdırılmır ?

07-07-2021
Osman Gündüz: Ölkədə rəqəmsal savadlılıqla bağlı ciddi problemlər var

Osman Gündüz: Ölkədə rəqəmsal savadlılıqla bağlı ciddi problemlər var

13-09-2021
Ekspert:Kritik qurumların kibertəhlükəsizliyi necə təmin olunacaq?

Ekspert:Kritik qurumların kibertəhlükəsizliyi necə təmin olunacaq?

07-05-2022
Osman Gündüz :  Azərbaycanda informasiya təhlükəsizliyinin qorunması ilə bağlı ciddi problemlər var

Osman Gündüz : Azərbaycanda informasiya təhlükəsizliyinin qorunması ilə bağlı ciddi problemlər var

14-01-2015
Dövlət resurslarının informasiya təhlükəsizliyinə kim cavabdehdir?-EKSPERT

Dövlət resurslarının informasiya təhlükəsizliyinə kim cavabdehdir?-EKSPERT

06-07-2018
“İnternet medianın informasiya təhlükəsizliyi” mövzusunda Dəyirmi Masa keçiriIəcək.

“İnternet medianın informasiya təhlükəsizliyi” mövzusunda Dəyirmi Masa keçiriIəcək.

17-01-2014





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə