“Milli Net-2009” müsabiqəsinin qeydiyyat prosesi başa çatıb

01-12-2009 / 17:14

Azərbaycan İnternet Forumu (AİF) tərəfindən təsis edilən “Milli Net-2009” müsabiqəsinin qeydiyyat prosesi başa çatıb. Müsabiqənin təşkilat komitəsindən verilən məlumata görə, ilin əvvəlindən 1000 nəfərdən çox iştirakçı qeydiyyatdan keçib, 500-dən çox sayt müsabiqəyə təqdim edilib. Müsabiqəyə 300-dən çox sənəd qəbul edilib.

Təşkilat Komitəsindən xeberler.az-a verilən məlumata əsasən, müsabiqəyə daxil olan saytlardan 150-dən çoxu şərtlərə uyğun gəlmədiyinə görə müsabiqəyə buraxılmayıb. Saytların müsabiqəyə buraxılmamasının səbəbi saytlarda qanunvericiliyə uyğun gəlməyən informasiyaların yerləşdirilməsi, müəllif hüquqlarının pozulması, Azərbaycan dili versiyasının olmaması və müsabiqənin loqosunun indiyədək saytda yerləşdirilməməsidir.

Qeyd edək ki, müsabiqədə hər nominasiya üzrə 1-ci yerlərin qaliblərinə “Milli Net”in tuncdan hazırlanan xüsusi mükafatı- hörümçək əks olunan buta təqdim ediləcək.

Təqdimat mərasiminin dekabrın 2-ci ongünlüyündə keçirilməsi nəzərdə tutulub.

Məlumat üçün bildirək ki,Milli Net Azərbaycan İnternet Forumu tərəfindən ölkədə internet sektorunun inkişafına kömək etmək, ən yaxşı milli internet resurslarımızın  təbliğini aparmaq, informasiya texnologiyalarının populyarlaşmasına dəstək vermək və Azərbaycan dilinin İnternetdə tətbiqini genişləndirmək məqsədilə təsis olunan Milli İnternet mükafatıdır.

Milli Net-2009 Müsabiqəsinə Azercell, DeltaTelekom və HP şirkətləri dəstək verirlər.
Daha geniş məlumat
www.millinet.az  saytında yerləşdirilib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə