“Milli startup infrastrukturunun inkişafı və investisiya mənbələri” mövzusunda konfrans keçiriləcək

21-10-2013 / 14:46
“Startup Azərbaycan” layihəsinin “Startup Günləri” seminarı çərçivəsində noyabrın 7-də “Milli startup infrastrukturunun inkişafı və investisiya mənbələri” mövzusunda konfrans keçiriləcək.

Layihənin Təşkilat Komitəsindən  verilən məlumata əsasən,  konfransda ölkədə startup infrastrukturunun formalaşması sahəsində mövcud vəziyyət, yeni startupların stimullaşdırılması və investisiya əldə etmək imkanları, xüsusilə də yeni yaradılan qurumların – İnformasiya Kommunikasiya Texnologiyalarının  İnkişafı Dövlət Fondunun hansı prinsiplər və prioritetlər üzrə startuplara maliyyə dəstəyi göstərməsi, “Yüksək Texnologiyalar Parkı”nın startuplara göstərəcəyi dəstək ətrafında müzakirələr aparılacaq.
                                                                                                                                                                               Konfransda internet biznes və startuplar sahəsində bütün maraqlı tərəflər - dövlət qurumları və texnoparkların rəsmi nümayəndələri, investorlar və İT şirkətləri, mentorlar və ekspertlər, uğurlu startup təmsilçiləri, yeni fəaliyyətə başlayan startuplar diskussiya aparmaq və əlaqələr qurmaq üçün real imkanlar qazanacaqlar.

Xatırladaq ki, 7 – 9 noyabr tarixlərində keçiriləcək “Startup Günləri” çərçivəsində yerli startup layihələrinin təmsilçiləri ən yaxşı internet layihələrinin üzə çıxarması və innovativ ideyaların uğurlu biznesə çevrilməsi istiqamətində maraqlı təqdimatlarla çıxış edəcəklər.
 
 
“Startup Günləri”ndə yeni fəaliyyətə başlayan startupçılar üçün təlimlərin keçirilməsi, yeni və maraqlı ideyalar ətrafında formalaşan startup komandaları tərəfindən mentorların və ekspertlərin köməyi ilə yeni startup layihələrinin hazırlanması nəzərdə tutulur.

“Startup Günləri”nin yekununda komandaların hazırladığı layihələrin yarışması təşkil olunacaq və peşəkar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Fərqlənənlərə qiymətli hədiyyələr təqdim olunacaq. (ictnews.az)

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə