Previous Next
Bağla

Milyonlarla “YouTube” videoçarxları dublyaj ediləcək

12-12-2024 09:48
Milyonlarla “YouTube” videoçarxları dublyaj ediləcək

“Gemini”nin süni intellekt köməkçisinin əsasını təşkil edən böyük dil modellərindəki təkmilləşdirmələr artıq ”Google”a məhdud sayda videoməzmun yaradıcılarına videolarını müxtəlif dillərdə avtomatik dublyaj etmək imkanı verib.

Xeberler.az “TechCrunch”a istinadən məlumat verir ki, “YouTube” xidməti maarifləndirmə məqsədli minlərlə kanala videoməzmunun avtomatik dublyajı funksiyasına dəstəyi genişləndirib. Məsələn kulinariya bloqları olan və ya müxtəlif sahələrdə sənətkarlığın sirlərini paylaşan məzmun müəllifləri avtomatik dublyaj ala bilərlər. Gələcəkdə funksiya digər məzmun növləri üzrə ixtisaslaşmış kanalları da əhatə edəcək.

Yenilikdən yararlanmaq üçün video müəllifinə sadəcə orijinal videonu normal rejimdə yükləmək kifayətdir. İstifadəçi yükləmə səhifəsi interfeysində tələb olunan xananı işarələyibsə, “YouTube” özü mənbə videonun dilini aşkar edəcək və müxtəlif dillərdə versiyalar yaradacaq. Hazırda dəstəklənən dillər ingilis, fransız, alman, hind, indoneziya, italyan, yapon, portuqal və ispan dilləridir.

“Google” xəbərdarlıq edir ki, “Gemini”nin insan nitqini müxtəlif dillərdə yenidən yaratmaq qabiliyyəti hələ də məhduddur. Assistent nəinki qrammatik, stilistik və fonetik səhvlərə yol verə bilər, hətta onun tembri də videodakı orijinal səsin sahibinin tembrindən fərqlənə bilər. Gələcəkdə “YouTube” özünün avtomatik tərcüməçisinin nitqinə ifadəlilik əlavə etməyi vəd edir ki, bu da orijinalın emosionallığını daha yaxşı əks etdirəcək və hətta orijinal audio trekin səs-küyünü təkrarlayacaq.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

YouTube-a 1 milyarddan çox subtitrli video yüklənib

23-02-2017

YouTube-a yeni funksiya əlavə ediləcək

13-10-2017

Google Translate-in süni intellekti öz dilini yaradıb

08-12-2016

"Google" yeni süni intellekt modelini təqdim edib

13-12-2024

KATV1-də müxtəlif dillərdə yayımlanacaq kanallar-Siyahı

05-05-2016

YouTube-nin yeni xüsusiyyəti xəbər agentlikləri üçün daha uyğundur

19-11-2009

Google Knol müxtəlif dillərdə danışır

31-10-2008

“Google” yeni xidmətlər hazırlayır

26-01-2015

Google süni intellekt əsaslı yeni alətini təqdim edib

24-05-2025

Qulaqlıq real vaxt rejimində nitqi tərcümə edir-Video

19-05-2016

YouTube sosial şəbəkə istifadəyə verib

15-09-2016

İnterneti zəif olanlar üçün YouTube-dan yenilik

18-12-2015

Google “Veo 3.1” modelini istifadəyə verib

17-10-2025

Youtube 100 mindən çox videonu silib

05-09-2019

YouTube video paylaşım edən hesabı bağladı

13-07-2018

“Youtube” erotik videolara icazə verdi

25-10-2010

YouTube genişekranlı formatdan istifadə etməyə başlayıb

26-11-2008

Nazirlik danışan kitabxana yaradıb

28-11-2016

Sputnik-in mobil tətbiqi artıq Azərbaycan dilində

23-07-2015

“Apple” “Siri” üçün “Gemini”nin süni intellektindən istifadə edəcək

23-08-2025

IBM tətbiqləri 9 dilə tərcümə edəcək

26-11-2015

“Google” smartfon üçün səs tərcüməçisi proqramı yaradıb

14-01-2011

“Google” smartfon üçün səs tərcüməçisi proqramı yaradıb

19-01-2011

"YouTube" yeni funksiyanı sınaqdan keçirir

24-03-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə