Mingəçevir Dövlət Universiteti “AzInTelecom” MMC-nin xidmətlərindən yararlanacaq

07-10-2022 / 16:44

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin nümayəndələri və Mingəçevir Dövlət Universitetinin (MDU) rəhbərliyi arasında görüş keçirilib.

Xeberler.az bildirir ki, görüş zamanı MDU-nun “AzInTelecom” MMC-nin təqdim etdiyi İnformasiya auditi və konsultasiya xidmətlərindən istifadə etməsi barədə razılıq əldə olunub.

Plana əsasən, “AzInTelecom” MMC-nin İnformasiya təhlükəsizliyi departamentinin əməkdaşları universitetin hazırladığı “Yeni nəsil rəqəmsal universitet” layihəsinə məxsus İT sistemlərini qurumun bulud infrastrukturunda yerləşdirəcəklər.

Həmçinin MDU-nun informasiya resurslarının risklərdən qorunması və ali məktəbin kiberlaboratoriyası ilə “AzInTelecom” MMC-nin kibertəhlükəsizlik komandası arasında əməkdaşlığın yaradılmasına dair razılıq əldə olunub.

Universitet rəhbərliyi tələbələrin “AzInTelecom” MMC-də müvafiq ixtisaslar üzrə təcrübə keçmələrində maraqlı olduğunu ifadə edib. Bununla bağlı da qarşılıqlı razılaşma əldə olunub.

Qeyd edək ki, ölkənin bir çox böyük şirkət və dövlət qurumlarının informasiya resurslarını etibar etdiyi “AzInTelecom” MMC-nin müştəriləri İnformasiya təhlükəsizliyinin auditi və konsaltinqi, Kibertəhlükəsizlik xidmətlərindən istifadə edə bilərlər.

İnformasiya təhlükəsizliyinin auditi və konsaltinqi xidmətinə beynəlxalq standartlara uyğun olaraq siyasət sənədlərinin hazırlanması və risk qiymətləndirilməsinin aparılmasından başlayaraq miqrasiya, yəni təsirlərin azaldılması tədbirlərinin tətbiq edilməsinədək olan bütün addımlar daxildir.


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.