Minlərlə istifadəçi Apple şirkətini məhkəməyə verdi

17-01-2018 / 11:30

Məlum olduğu kimi, bir müddət öncə Apple iPhone batareyalarının zəiflədiyini qəbul edərək bu barədə açıqlama verib. Şirkət yaranan problemə görə üzr istəyib.

Bu hadisədən sonra Apple istifadəçiləri məhkəməyə üz tutmağa başladı.

Müştərilər iddia edir ki, Apple özü bilərəkdən cihazlarının keyfiyyətinin aşağı düşməsinə şərait yaradıb. Onlar qeyd edir ki, şirkətin bu probleminə görə  yeni iPhone almaq məcburiyyətində qalırlar.

Bu səbəbdən də ötən  dəfə bir istifadəçi 99 milyard dollar təzminat tələbi ilə məhkəməyə müraciət etdi.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, indi də Cənubi Koreyada  370.000 nəfər şirkətə məhkəmə açıb.

Məlumatlara görə, yerli məhkəmə əvvəlcə Apple-a bir məqalə göndərəcək və ona qarşı irəli sürülən ittihamlara cavab verməsini tələb edəcək.  

Yerli məhkəmə Apple-dan şikayətçi olan hər bir iddiaçıya 2 min dollar ödənilməsini istəyir.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə