Previous Next
Bağla

Mobil bankinq hücumlarının sayı durmadan artır

16-08-2019 16:10
Mobil bankinq hücumlarının sayı durmadan artır
Xeberler.az bildirir ki, ötən il mobil bankinq hücumlarının sayı 98% artıb. Bu barədə Yaponiyanın "Trend Micro” antivirus şirkətinin hazırladığı "2018-ci ildə Mobil Təhlükə Mənzərəsi” adlı hesabatında qeyd edilir. Hesabatda deyilir ki, "Android” platformasında olan bank troyanları öz qurbanlarından gündəlik 1500-8000 ABŞ dolları arası vəsait oğurlayıblar. Hesablamalara görə, hazırda 2 mlrd mobil telefon istifadəçisi öz bank hesablarına mobil cihazlar vasitəsi ilə daxil olur deyə kiber cinayətkarlar onları pul qazana bilinəcək qaynaq hesab edirlər. "Trend Micro Mobile App Reputation Service” (MARS) ötən il 214 323 unikal mobil bankinq troyan növü müəyyənləşdirib ki, bu da 2017-ci illə müqayisədə 2 dəfə artıb.
 
"Trend Micro MARS”ın analizinə görə, 1088 Android əməliyyat sistemlərinə aid aplikasiya vasitəsi ilə fırıldaqçılıq və cəsusluq fəaliyyəti həyata keçirilib. Onların 889-u müxtəlif yollarla təsdiqlənərək "Google play”ə yüklənib. 54 developer tərəfindən inkişaf etdirilən bu APP-ların ümumi yüklənməsi 120 293 120 olub. Hətta onlardan biri 10 milyon dəfə yüklənib. Adətən belə proqramlar təhsil, əyləncə, istirahət və optimallaşdırma kateqoriyalı proqramlar arasında rast gəlinir. Belə saxta APP-lar Google və onun tərəfdaşlarına 10 mln dollar itki gətirdiyi halda, fırıldaqçı proqramçılara illik 75 mln dollar qazanc gətirir. Xatırladaq ki, Azərbaycan bir müddət əvvəl XDMX-nin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi ilə Yaponiyanın "Trend Micro” şirkəti arasında əldə edilmiş razılaşmaya görə, bütün dövlət qurumlarının elektron təhlükəsizliyini yalnız həmin antivirus şirkəti qoruyacaq.
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Android qurğularının 94 faizi təhlükədə olub

19-12-2015

Kiberhücumların sayı rekord həddə çatıb

03-03-2017

"Android" smartfonlarında zərərli proqramlar aşkar edilib

15-05-2023

Google Play-da kriptovalyuta cüzdanı kimi maskalanmış fırıldaqçı proqramlar aşkar edilib

17-11-2018

“2016-cı il kibercinayətkarlıqla mübarizədə əlamətdar il olacaq”

03-11-2015

Bu il də təhlükəli viruslar gözlənilir

18-02-2018

Android istifadəçilərin bank kartı təhlükədədir

29-11-2017

Google Apple-ı keçdi

15-01-2015

Firefox istifadəçiləri diqqət !

05-09-2009

Reklam fırıldaqçılıq şirkətləri hər il bir milyard dollar ziyan vurur

28-07-2015

AzInTelecom kibertəhlükəsizliyin qorunması üzrə müştərilərinə kompleks həll təklif edir

07-03-2019

Smartfonlara virus hücumlarının sayı artıb

02-08-2019

İlin əvvəlində 17,2 milyard mobil tətbiq yüklənilib

15-04-2016

2019-cu il üzrə kibertəhdidlərlə bağlı proqnoz açıqlanıb

13-12-2018

Azərbaycanda kriptovalyuta sahəsində fişinqin həcmi 3 dəfə artıb

13-04-2023

2018-in ilk həftəsində 300 milyon qazandı

08-01-2018

Mobil cihazlar vasitəsi ilə pul oğurluğu artacaq

14-04-2017

Kiber hücumların sayı artıb

11-07-2018

Mobil telefon abunəçilərinin artım tempi stasionar telefon abunəçilərinin artımını bir neçə dəfə keçir

30-10-2008

“Yahoo!”nun gəlirləri iki dəfə artıb

21-10-2010

"Azərpoçt" MMC adından göndərilən saxta mesajların sayı artıb

25-01-2024

Google Play-də casus proqram aşkar edilib

14-08-2017

Bir milyona yaxın Android istifadəçisi fırıldaqçıların qurbanı olub

19-07-2016

Android istifadəçiləri təhlükədədir

11-05-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə