Previous Next
Bağla

Azərbaycanda kriptovalyuta sahəsində fişinqin həcmi 3 dəfə artıb

13-04-2023 10:31
Azərbaycanda kriptovalyuta sahəsində fişinqin həcmi 3 dəfə artıb

2022-ci ildə “Kaspersky” təhlükəsizlik həlləri Azərbaycanda kriptovalyutaların oğurlanmasına yönəlmiş 3 milyon 700 mindən çox fişinq hücumunun qarşısını alıb.

Xəbərlər.az-ın “Kaspersky Laboratoriyası”na istinadən verdiyi məlumata görə, bu, 2021-ci illə müqayisədə üç dəfə çoxdur. Bank kompüteri və zərərli mobil proqramlar kimi ənənəvi maliyyə təhlükələri üzərindən edilən hücumlar daha az yayılıb. İndi fırıldaqçılar diqqətlərini kriptosənayesi də daxil olmaqla yeni sahələrə yönəldirlər.

Keçən il kriptovalyuta məkanında fişinq hücumları əhəmiyyətli dərəcədə artıb və ayrıca fırıldaqçılıq kateqoriyasına daxil edilib. Əgər 2021-ci ildə bu cür hücumların sayı mindən bir qədər çox idisə, 2022-ci ildə onların sayı üç dəfədən çox artıb, məlumatda deyilir. Kriptofişinq sayında analoji artım 2021-ci ildə kriptovalyuta bazarında qeydə alınan qeyri-sabit vəziyyətlə bağlı ola bilər.

Kriptovalyuta ilə bağlı fırıldaqların əksəriyyətində fırıldaqçılıq və ya saxta ödəniş səhifələrinə rast gəlinir. Bununla belə, təcavüzkarlar daim yeni üsullarla çıxış edirlər. Məsələn, kampaniya çərçivəsində istifadəçi poçt vasitəsilə ingilis dilində PDF faylı alır və bu sənəddə onun uzun müddət əvvəl kriptovalyuta bulud mədənçiliyi platformasında qeydiyyatdan keçdiyi bildirilir. Guya hesabı deaktiv ediləcəyi üçün ona təcili olaraq külli miqdarda valyuta çıxarmaq təklif olunur. Faylda saxta mədən platformasına keçid yer alır. Kriptovalyutanı çıxarmaq üçün istifadəçi formanı doldurmalıdır: şəxsi məlumatı, o cümlədən kart məlumatlarını və hesab nömrəsini daxil etməlidir. Sonra o, kripto pul kisəsi vasitəsilə və ya birbaşa göstərilən pul kisəsi ünvanına müəyyən komissiya ödəməlidir.

Kriptovalyutadan təhlükəsiz istifadə etmək üçün “Kaspersky” mütəxəssisləri tövsiyə edirlər:

- Fişinqə qarşı diqqətli olun: fırıldaqçılar tez-tez insanları aldadaraq giriş məlumatlarını və ya gizli açarlarını açmağa inandırmaq üçün fişinq e-poçtlarından və ya saxta veb-saytlardan istifadə edirlər. Həmişə saytın URL-ni iki dəfə yoxlayın və şübhəli linklərə keçid etməyin;

- Gizli açarlarınızı paylaşmayın: onlar kriptovalyuta cüzdanınızın kilidini açacaq. Açarları gizli saxlayın və heç bir halda başqaları ilə bölüşməyin;

- Maariflənin: kriptovalyutanızı qorumaq üçün ən son kiber təhdidlər və ən yaxşı təcrübələrdən xəbərdar olun. Öz müdafiəniz haqqında nə qədər çox bilsəniz, kiberhücumların qarşısını almaq üçün bir o qədər çox hazır olacaqsınız;

- İnvestisiya etməzdən əvvəl məlumatı araşdırın: hər hansı kriptovalyutaya investisiya etməzdən əvvəl layihəni və onun arxasında duran komandanı diqqətlə öyrənin. Layihənin qanuni olduğundan əmin olmaq üçün layihənin vebsaytını, texniki sənədləşməsini və sosial medianı yoxlayın;

- Təhlükəsizlik proqramından istifadə edin: etibarlı təhlükəsizlik həlli cihazlarınızı müxtəlif növ təhlükələrdən qoruyacaq. "Kaspersky Premium" bütün məlum və naməlum kriptovalyuta fırıldaqlarının və kriptovalyuta mədənçiliyi üçün kompüterinizin emal gücündən icazəsiz istifadənin qarşısını alır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Kriptovalyuta hansı riskləri özü ilə gətirir?-ARAŞDIRMA

Kriptovalyuta hansı riskləri özü ilə gətirir?-ARAŞDIRMA

30-01-2023
Kaspersky kriptovalyutalara qarşı 200 min fişinq hücumunun qarşısını alıb

Kaspersky kriptovalyutalara qarşı 200 min fişinq hücumunun qarşısını alıb

28-06-2022
 "Black Friday" endirimlərində kiberhücumlar- Xəbərdarlıq

"Black Friday" endirimlərində kiberhücumlar- Xəbərdarlıq

25-11-2022
Kaspersky satış zamanı onlayn təhlükəsizlik qaydalarına riayyət etməyi tövsiyyə edir

Kaspersky satış zamanı onlayn təhlükəsizlik qaydalarına riayyət etməyi tövsiyyə edir

30-11-2020
Kriptovalyuta sahibləri üçün əsas təhlükələr nələrdir?

Kriptovalyuta sahibləri üçün əsas təhlükələr nələrdir?

17-02-2023
Kaspersky: Asan qazanc təklif edən fırıldaqçı məktubların sayı 3 dəfə artıb

Kaspersky: Asan qazanc təklif edən fırıldaqçı məktubların sayı 3 dəfə artıb

11-08-2021
Kaspersky Olimpiya Oyunları ərəfəsində onlayn fırıldaqçılıq sxemlərini araşdırıb

Kaspersky Olimpiya Oyunları ərəfəsində onlayn fırıldaqçılıq sxemlərini araşdırıb

26-07-2021
Kiber fırıldaqçılar futbol azarkeşlərini necə aldadır?

Kiber fırıldaqçılar futbol azarkeşlərini necə aldadır?

18-11-2022
Kaspersky Lab sosial şəbəkələrə olan hücumlarda artım qeydə alıb

Kaspersky Lab sosial şəbəkələrə olan hücumlarda artım qeydə alıb

17-08-2018
Kaspersky kriptovalyuta platformasının saxta əməliyyatlara qarşı qoruyur

Kaspersky kriptovalyuta platformasının saxta əməliyyatlara qarşı qoruyur

30-06-2020
Kaspersky: Video oyun həvəskarlarına qarşı hücumlar artıb

Kaspersky: Video oyun həvəskarlarına qarşı hücumlar artıb

18-06-2020
Təcavüzkarlar blogerlərin hesablarını ələ keçirirlər

Təcavüzkarlar blogerlərin hesablarını ələ keçirirlər

28-02-2023
“Qara cümə günü” ərəfəsində fişinq hücumlarının sayı artıb

“Qara cümə günü” ərəfəsində fişinq hücumlarının sayı artıb

25-11-2021
Təcavüzkarlar onlayn tanışlıq xidmətlərindən necə sui-istifadə edirlər?

Təcavüzkarlar onlayn tanışlıq xidmətlərindən necə sui-istifadə edirlər?

14-02-2023
“Kaspersky maliyyə sahəsi üçün 2022-ci ilin kiber təhlükəsizlik proqnozunu hazırlayıb

“Kaspersky maliyyə sahəsi üçün 2022-ci ilin kiber təhlükəsizlik proqnozunu hazırlayıb

30-11-2021
Kaspersky Formula 1 biletlərini təhlükəsiz şəkildə almaq üçün öz tövsiyələrini bölüşüb

Kaspersky Formula 1 biletlərini təhlükəsiz şəkildə almaq üçün öz tövsiyələrini bölüşüb

10-06-2022
Kriptovalyuta birjalarına yüzdən çox keçid cəhdlərinin qarşısı alınıb

Kriptovalyuta birjalarına yüzdən çox keçid cəhdlərinin qarşısı alınıb

12-07-2018
Azərbaycanda 35 min gizli maynerlik proqramları aşkarlanıb

Azərbaycanda 35 min gizli maynerlik proqramları aşkarlanıb

21-11-2022
Kaspersky: Trickbot bank troyanı getdikcə daha da güclənir

Kaspersky: Trickbot bank troyanı getdikcə daha da güclənir

25-10-2021
Kaspersky: Azərbaycanda hər onuncu cihazda zərərli internet proqram bloklanıb

Kaspersky: Azərbaycanda hər onuncu cihazda zərərli internet proqram bloklanıb

04-06-2021
“Kaspersky”: 2020-ci idə istifadəçilərə qarşı hücumların sayı artıb

“Kaspersky”: 2020-ci idə istifadəçilərə qarşı hücumların sayı artıb

08-05-2020
Kaspersky azərbaycanlıların şəbəkədə üzləşdikləri fırıldaqları araşdırıb

Kaspersky azərbaycanlıların şəbəkədə üzləşdikləri fırıldaqları araşdırıb

05-08-2021
Kaspersky: Azərbaycandakı respondentlərin 87 faizi dələduzluqla şəxsən qarşılaşıb

Kaspersky: Azərbaycandakı respondentlərin 87 faizi dələduzluqla şəxsən qarşılaşıb

09-02-2022
Kaspersky mütəxəssisləri xəbərdarlıq edir

Kaspersky mütəxəssisləri xəbərdarlıq edir

30-12-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə