Previous Next
Bağla
REKLAM YERİ

Mobil cihazların qeydiyyat sistemi yenilənib

06-11-2014 20:53
Mobil cihazların qeydiyyat sistemi yenilənib

Noyabr 1-dən mobil cihazların (mobil telefonlar, smartfonlar, planşetlər və s.) qeydiyyatı asanlaşıb: ölkəyə idxal olunan mobil qurğular 24 saat müddətində qeydiyyatdan keçir. Tətbiq olunan yeni sistem istifadəçilərin vaxt sərfini də minimuma endirib. Poçt şöbəsində mobil qurğunun qeydiyyatı üçün ərizə şəxsiyyət vəsiqəsində olan fərdi məlumatlar elektron formatda oxunaraq avtomatik hazırlanır və vətəndaşın 2-3 dəqiqə vaxtını alır. Əvvəl ərizə əllə doldurulur və bu da vətəndaşların 10-15 dəqiqə vaxtını alırdı.

Yeni informasiya sisteminin tətbiqi nəticəsində vətəndaşlar mobil telefonlarının IMEI kodunun qeydiyyatı haqqında SMS bildirişini faktiki olaraq qeydiyyatdan bir neçə dəqiqə sonra ala biləcək. Müstəsna hallarda bu proses maksimum 24 saat çəkə bilər.

Yeniliklərdən biri də IMEI kodun qeydiyyatının onlayn rejimdə həyata keçirilmə imkanıdır. E-gov.az portalı vasitəsilə hər bir vətəndaş internetlə öz mobil qurğusunu qeydiyyatdan keçirə bilər. Yeni tətbiq edilən ödəniş də elektron formatda bank kartı vasitəsilə mümkündür.

1 noyabrdan başlayaraq IMEI kodunun ödənişli qeydiyyatına gəlincə, Rabitə və Yüksək Texnologiyaları Nazirliyi bu məsələyə rəsmi olaraq aydınlıq gətirib. Ödənişin tətbiqi Azərbaycana pərakəndə idxal olunan mobil cihazlarının davamlı olaraq artması və sistemin dəstəklənməsi üçün maliyyə vəsaitinin tələb olunması ilə bağlıdır. Vətəndaşlara xidmətin səviyyəsinin yüksəldilməsi üçün yeni informasiya sisteminin tətbiqi də əlavə vəsait tələb edib.

Ölkəyə idxal edən zaman vətəndaşlar hər mobil cihaz üçün 5 manat ödəməli olacaqlar.

Məlumatı smartfon.az yayıb. 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Mobil cihazların IMEI qeydiyyatı pullu oldu

03-11-2014

Mobil cihazlarla bağlı elektron xidmətlər aktual olub

02-07-2015

Mobil telefonların IMEI-kodlarının qeydiyyat müddəti uzadıldı

01-06-2015

Mobil telefonların qeydiyyat müddəti azaldıldı

28-07-2015

Portal üzərindən 50 minə yaxın mobil cihazın IMEI kodu yoxlanılıb

11-11-2015

“AzInTelecom” tərəfindən 24 mindən çox “klon” IMEI kod bloklanıb

02-10-2024

“AzInTelecom” tərəfindən 23 minə yaxın IMEI koda “klon” statusu verilib

13-08-2024

Mobil cihazların qeydiyyat sistemi istifadəçilərin maraqlarının qorunmasına yönəlib

26-02-2013

Mobil cihazların qeydiyyatına dair dəyişikliklərin mahiyyəti açıqlanıb

01-12-2022

“IMEI.az” xidmətləri Vahid Elektron Xidmətlər Portalı üzərindən təqdim ediləcək

24-06-2022

“AzInTelecom” tərəfindən 68 minə yaxın IMEI kod bloklanıb

30-04-2026

“AzInTelecom” tərəfindən 58 mindən çox IMEI koda “klon” statusu verilib

19-01-2026

IMEI kodunun yoxlanılması ən populyar xidmət olub

04-08-2015

Şəbəkəyə qoşulan 12,5 mindən çox IMEI koda “klon” statusu verilərək blok edilib

19-09-2023

11 mindən çox IMEI ilə 600 mindən çox şəbəkəyə qoşulma cəhdi olub

03-08-2023

Mobil cihazların qeydiyyat sistemində indiyə qədər 12 milyondan artıq mobil rabitə cihazı qeydə alınıb

19-06-2013

Azərbaycanda IMEI ilə yarım milyondan çox şəbəkəyə qoşulma cəhdi olub

11-07-2023

Qeydiyyat rüsumu üzrə informasiya sistemi istifadəyə veriIib

24-08-2018

Azərbaycanın “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”nda dəyişikliklər edilib

14-04-2014

157 Zəng Mərkəzinin fəaliyyəti optimallaşdırılıb

20-08-2016

Nazirliyin mobil cihazlarla bağlı elektron xidmətlərinə maraq daha çox olub

07-05-2015

330 IMEI koduna “klon” statusu verilib

27-10-2022

2100-dən çox IMEI koda “klon” statusu verilib

29-03-2023

Mobil cihazların standartlara uyğunluğu yoxlanıb

10-12-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə