“Mobil nömrədaşıma” xidməti ilə bağlı məlumat bazası yaradılıb

02-06-2015 / 09:38

Açıq Hökumət Məlumatları portalında (data.gov.az) "Mobil nömrə daşınması xidməti vasitəsilə digər şəbəkəyə daşınmış nömrələr barədə məlumatın verilməsi” məlumat bazası yaradılıb və bunun əsasında mobil tərtibat hazırlanıb. Bu xidmət ümumistifadəli telekommunikasiya şəbəkəsi daxilində abunəçinin mobil telefon nömrəsinin (şəbəkə kodu - 050, 051, 055, 070, 077 və nömrəni saxlamaq şərti ilə) bir mobil operatorun şəbəkəsindən çıxarılaraq digərinə daşınmasına imkan yaradır.

Xeberler.az-ın bildirir ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən  verilən məlumata görə, xidmətin əsas məqsədi mövcud telekommunikasiya bazarında rəqabətin artırılmasına, operatorlar tərəfindən abunəçilərə göstərilən xidmət keyfiyyətinin yüksəldilməsinə, nömrə resurslarından səmərəli istifadənin təmin edilməsinə, istehlakçı hüquqlarının qorunmasına, abunəçilərin daha səmərəli xidmət təklifi təqdim edən operatorun şəbəkəsinə maneəsiz keçməsinə şərait yaratmaqdır.

"Elektron hökumət” portalında yerləşdirilmiş elektron xidmət vasitəsilə mobil nömrənin hazırda hansı mobil operatora daşındığı barədə məlumat əldə etmək mümkündür və bu xidmətdən istifadə etməklə abunəçinin zənginin dəyəri hesablana bilər.

Azərbaycanda “Mobil nömrədaşıma” (MobileNumberPortability) xidməti ötən ildən həyata keçirilir. Bununla əlaqədar, müvafiq normativ hüquqi sənədlər qəbul edilib. Xidmətin fəaliyyəti üçün tələb olunan avadanlıq quraşdırılıb, mobil operatorların şəbəkədaxili yığımları standart formata uyğunlaşdırılıb və aidiyyəti müqavilələr bağlanılıb. Ötən müddət ərzində 18 minə yaxın mobil nömrənin başqa mobil operatora daşınması gerçəkləşdirilib. (AZƏRTAC) 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə