Noyabrın 16-da Bakıda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi və "GSMA"nın təşkilatçılığı ilə COP29 çərçivəsində "Mobil şəbəkələrdə "xalis sıfır" transformasiyası" mövzusunda sessiya keçirilib.
Xeberler.az məlumat verir ki, tədbirdə nazirliyin aparat rəhbəri Bəxtiyar Məmmədov çıxış edərək iqlim dəyişikliyinin bəşəriyyətin ən böyük çağırışlarından biri olduğunu bildirib. Xüsusilə, Paris İqlim Sazişində qeyd olunan 1.5 dərəcə Selsi hədəfi mühüm əhəmiyyət kəsb edir. Bu hədəf qlobal temperatur artımını sənayedən əvvəlki səviyyələrlə müqayisədə 1.5 dərəcə Selsi ilə məhdudlaşdırmağı nəzərdə tutur. "Biz 1.5 dərəcəni hədəfləmişik. Bu məsələdə, təbii ki, rəqəmsal texnologiyalardan istifadə edə bilərik. Rəqəmsal platforma transnəqliyyatın inkişafına da təsir edən amildir. Bu yaxınlarda Prezident İlham Əliyevin imzaladığı Fərmanla yeni publik hüquqi şəxs – Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON) yaradıldı. Buraya müxtəlif şirkətlər və strukturlar daxildir", - deyə aparat rəhbəri əlavə edib.
İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) nümayəndəsi Asim Namazov qeyd edib ki, biz yeni layihələrin axtarışındayıq və əsas hədəfimiz enerjidən daha effektiv və qənaətli şəkildə istifadə etməkdir.
“Azercell” şirkətinin nümayəndəsi Okan Cimen deyib: "Biz daha yaşıl dünyaya keçmək istəyirik. Davamlılıq da bizim üçün önəmlidir və bu hədəflərə nail olmaq üçün partnyorlarla birgə işləyirik. Dünyada bir çox şəbəkə təqdim edirik, davamlılıq ən önəmli strategiyalardan biridir", - deyə o əlavə edib.
"Nokia" şirkətinin nümayəndəsi Anthony Darcy çıxışında bildirib ki, təmsil etdiyi şirkət “net 0” hədəfini götürüb və 2040-cı ildə bu hədəfə nail olmağı düşünür.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri