“Qlobal iqlim böhranında strateji kommunikasiya” mövzusunda iclaslar keçiriləcək

11-11-2024 / 19:16

COP29 çərçivəsində “Qlobal iqlim böhranında strateji kommunikasiya” mövzusunda iclaslar keçiriləcək. İclaslar Türkiyə Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə həyata keçiriləcək.

Xeberler.az məlumat verir ki, hər il Türkiyənin Kommunikasiya İdarəsi tərəfindən təşkil olunan Beynəlxalq Strateji Kommunikasiya Sammiti (Stratcom Summit) çərçivəsində “Stratcom Public Forum”da dövlət qurumları, beynəlxalq təşkilatlar, qeyri-hökumət təşkilatları və akademiklər qlobal problemləri müzakirə edirlər.

Bu tədbirlərdə iqlim dəyişikliyinə qarşı mübarizənin əhəmiyyəti vurğulanacaq. Azərbaycanın ev sahibliyi etdiyi COP29 konfransı, Türk dünyasının qlobal aləmdə rolunu gücləndirməklə yanaşı, “Sıfır tullantı” mövzusunu əsas prioritet olaraq dəyərləndirmək üçün əhəmiyyətli bir fürsət təqdim edir. Keçiriləcək dəyirmi masa müzakirələrində bu mövzular diqqət mərkəzində olacaq: “Sıfır tullantı” çərçivəsində iqlim böhranı ilə mübarizədə xüsusi və ictimai əməkdaşlıq; dayanıqlı enerji və inkişaf; iqlim böhranının beynəlxalq münasibətlərdə yaratdığı yeni çağırışlar; Türkiyənin yaşıl inkişaf sahəsindəki irəliləyişləri; təhsil və maarifləndirmə yolu ilə “Sıfır tullantı” mədəniyyətinin yayılması; iqlim dezinformasiyası ilə mübarizə və iqlim böhranında strateji kommunikasiyanın əhəmiyyəti.

Mövzuların müzakirəsi, iqlim dəyişikliyi ilə mübarizədə səmərəli strategiyaların formalaşmasına töhfə verəcək.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə