Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə “BilBacar” müsabiqəsi yenidən başlanıb.
Xeberler.az məlumat verir ki, müsabiqə 2025/2026-cı tədris ilində 3 və 4-cü sinif şagirdlərini əhatə edir.
Müsabiqənin builki məqsədi ibtidai sinif şagirdlərində oxu savadlılığını artırmaq, mətnin məzmununu anlama, təhlil və nəticə çıxarma bacarıqlarını inkişaf etdirmək, oxu fəaliyyətlərini təşviq etmək, eyni zamanda, şagirdlərə kompüterəsaslı qiymətləndirmə mühitində təcrübə qazandırmaqdır.
İbtidai təhsil səviyyəsində tədris aparan bütün məktəblər 3 noyabrdan etibarən müsabiqəyə qeydiyyatdan keçə bilərlər.
Məktəblər qeydiyyatdan keçmək üçün aşağıdakı üsullardan birini seçə bilərlər:
- bilbacar.edu.az saytında “Məktəblər üçün müraciət” bölməsinə müvafiq məlumatları daxil etməklə;
- Tabe olduqları regional təhsil idarələrinə müraciət etməklə.
Müsabiqə iki mərhələdən ibarət olacaq, virtual mərhələ (noyabr 2025 – may 2026) və əyani final mərhələsi (iyun 2026).
Birinci mərhələdə hər məktəb üçün “BilBacar” koordinatoru təyin ediləcək. İştirakçılar UTİS kodu və şifrəsi vasitəsilə platformada şəxsi kabinetlərinə daxil olacaqlar. Platformada “Hazırlıq” və “Yarış” adlı iki əsas bölmə fəaliyyət göstərəcək.
“Hazırlıq” bölməsinə şagirdlər istənilən vaxt və məkandan daxil ola biləcəklər. Seanslar iki hissədən ibarət olacaq.
“Yarış” bölməsində şagirdlər “BilBacar” koordinatorunun nəzarəti altında iştirak edəcəklər. Seans eyni qaydada iki hissədən ibarət olacaq, səhv cavablar nəticəyə təsir etməyəcək və hər düzgün cavab 10 balla qiymətləndiriləcək. Seansların tarixləri əvvəlcədən elan olunacaq. Final mərhələsi əyani şəkildə, mərkəzləşdirilmiş formada keçiriləcək. Bu mərhələdə birinci mərhələnin nəticələri sıfırlanacaq və qaliblər müəyyən ediləcək. Məktəblər “Yüksək iştirakçılıq” və “Yüksək nəticə” (orta bal) nominasiyaları üzrə yarışacaqlar. Siniflərin nəticələri topladıqları balların ortalaması ilə müəyyən ediləcək.
Müsabiqənin sonunda təntənəli mükafatlandırma mərasimi keçiriləcək.
Daha ətraflı məlumatla bilbacar.edu.az saytından tanış ola bilərsiniz.









Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları