Previous Next
Bağla

Akademik: Əsas məqsəd dövlətin və cəmiyyətin kiberimmunitetini gücləndirməkdir

03-11-2025 16:56
Akademik: Əsas məqsəd dövlətin və cəmiyyətin kiberimmunitetini gücləndirməkdir

Azərbaycanda 20 ildən artıqdır ki, informasiya-kommunikasiya texnologiyaları müxtəlif sferalarda geniş tətbiq olunur. Vətəndaşlar da öz növbəsində, mobil telefonlar və digər kompüter qurğuları vasitəsilə həm internetə qoşulur, həm də onlayn platformada müxtəlif zəruri problemləri həll edirlər. Ona görə də dünyanın inkişaf etmiş ölkələri ilə yanaşı, Azərbaycan da bu istiqamətdə mühüm irəliləyişlər əldə edir. Həm dövlət qurumlarında, həm də biznes və vətəndaş cəmiyyəti sektorlarında informasiya texnologiyaları, virtual reallıqlar, sosial şəbəkələr və mobil telefonlar insanların həyatının ayrılmaz hissəsinə çevrilib. Onlar artıq bu vasitələrdən təkcə gündəlik işlərini asanlaşdırmaq üçün deyil, həm də virtual mühitdə biznes fəaliyyətini həyata keçirmək üçün geniş istifadə edirlər.

Xeberler.az bildirir ki, Bu fikirləri Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev söyləyib. Akademik qeyd edib ki, bu səbəbdən rəqəmsal transformasiyalar kontekstində kibertəhlükəsizlik məsələləri günü-gündən aktuallaşır. Məhz bu istiqamətdə həyata keçirilən kompleks işlərə dəstək vermək, onları əlaqələndirmək və tənzimləmək, kiberrisklərin və təhlükələrin qarşısını almaq məqsədilə ölkə rəhbərliyi tərəfindən davamlı olaraq milli strategiyalar, dövlət proqramları, fərman və sərəncamlar qəbul olunur. Bu baxımdan, Prezident İlham Əliyevin “2023-2027-ci illər üçün Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik strategiyası” haqqında Sərəncamı çox böyük əhəmiyyətə malikdir. Bu sənəd həm dövlət qurumlarının, ali təhsil müəssisələrinin, həm də alim və mütəxəssislərin qarşısına ciddi vəzifələr qoyur.

“Əlbəttə, həyata keçirilən bütün kompleks tədbirlər təkcə rəqəmsal texnoloji infrastrukturu deyil, eyni zamanda, qanunvericiliyin təkmilləşdirilməsini, zəruri normativ-hüquqi sənədlərin qəbulunu və bu istiqamətdə ardıcıl fəaliyyətin həyata keçirilməsini də əhatə edir. Əsas məqsəd ölkəmizdə sosial həyatın bütün sahələrində və xüsusən, müxtəlif texnoloji sferalarda, eləcə də kritik infrastrukturlarda geniş tətbiq olunan rəqəmsal texnologiyalar kontekstində kibertəhlükələrə qarşı mübarizənin və ümumiyyətlə, dövlətin, cəmiyyətin kiberimmunitetinin gücləndirilməsidir. Təsadüfi deyil ki, son dövrlərdə IV Sənaye İnqilabının yaratdığı reallıqlar şəraitində rəqəmsal və süni intellekt texnologiyalarının geniş tətbiqi və inkişafı ölkəmizin əsas prioritetlərindən biri kimi müəyyənləşdirilib. Bu istiqamətdə həyata keçirilən məqsədyönlü tədbirlərin müsbət nəticələrini artıq müşahidə edirik”, - deyə alim bildirib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Akademik: Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sistemini gücləndirəcək

Akademik: Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sistemini gücləndirəcək

16-06-2026
Dövlət kibersuverenliyinə dair elmi konfrans keçiriləcək

Dövlət kibersuverenliyinə dair elmi konfrans keçiriləcək

29-01-2026
Rəqəmsal suverenliyin təminində hüquqi və texnoloji əsaslar

Rəqəmsal suverenliyin təminində hüquqi və texnoloji əsaslar

26-05-2026
Akademik: "MilliNet"lə yanaşı Milli Süni İntellekt Mükafatı da təsis olunmalıdır

Akademik: "MilliNet"lə yanaşı Milli Süni İntellekt Mükafatı da təsis olunmalıdır

19-12-2025
Milli kibertəhlükəsizlik ekosisteminin formalaşmasının elmi problemləri araşdırılır

Milli kibertəhlükəsizlik ekosisteminin formalaşmasının elmi problemləri araşdırılır

13-04-2026
Rəqəmsal dövlət platformasında sosial kreditin qiymətləndirilməsinə dair araşdırmalar aparılır

Rəqəmsal dövlət platformasında sosial kreditin qiymətləndirilməsinə dair araşdırmalar aparılır

07-05-2026
İnformasiya Texnologiyaları İnstitutunda Azərbaycanın rəqəmsal arxitekturası müzakirə edilib

İnformasiya Texnologiyaları İnstitutunda Azərbaycanın rəqəmsal arxitekturası müzakirə edilib

14-02-2026
Akademik: Azərbaycanda süni intellekt texnologiyalarına xüsusi diqqət ayrılır

Akademik: Azərbaycanda süni intellekt texnologiyalarına xüsusi diqqət ayrılır

11-04-2025
İnformasiya Texnologiyaları İnstitutu JPCERT/CC ilə əməkdaşlığa başlayır

İnformasiya Texnologiyaları İnstitutu JPCERT/CC ilə əməkdaşlığa başlayır

06-03-2026
Rəqəmsal kriminalistikanın aktual elmi problemləri araşdırılır

Rəqəmsal kriminalistikanın aktual elmi problemləri araşdırılır

05-01-2026
İnformasiya Texnologiyaları İnstitutu ilə Honkonq Kore Akademiyası memorandum imzalayıb

İnformasiya Texnologiyaları İnstitutu ilə Honkonq Kore Akademiyası memorandum imzalayıb

13-11-2025
“Dövlətin kibersuverenliyinin təmin olunmasının elmi-praktiki problemləri” müzakirə edilib

“Dövlətin kibersuverenliyinin təmin olunmasının elmi-praktiki problemləri” müzakirə edilib

10-03-2026
 “Onlayn platformada milli dil korpusunun yaradılması ilə bağlı təcili tədbirlər görülməlidir”

“Onlayn platformada milli dil korpusunun yaradılması ilə bağlı təcili tədbirlər görülməlidir”

10-03-2023
Akademik: Rəqəmsal inkişaf mühəndislik biliklərinin yenilənməsini zəruri edir

Akademik: Rəqəmsal inkişaf mühəndislik biliklərinin yenilənməsini zəruri edir

15-12-2025
Milli kibertəhlükəsizlik monitorinq sisteminin yaradılması mövzusunda seminar keçirilib

Milli kibertəhlükəsizlik monitorinq sisteminin yaradılması mövzusunda seminar keçirilib

12-05-2025
İlk internet, ilk sayt və 55 illik tarix - İnformasiya Texnologiyaları İnstitutu

İlk internet, ilk sayt və 55 illik tarix - İnformasiya Texnologiyaları İnstitutu

19-05-2026
Akademik: Müasir şəhərsalma rəqəmsallaşma və süni intellektsiz mümkün deyil

Akademik: Müasir şəhərsalma rəqəmsallaşma və süni intellektsiz mümkün deyil

15-05-2026
Beynəlxalq İnformasiya Təhlükəsizliyi Gününə həsr olunmuş elmi seminar keçirilib

Beynəlxalq İnformasiya Təhlükəsizliyi Gününə həsr olunmuş elmi seminar keçirilib

30-11-2024
Kibertəhlükəsizlik sosial və iqtisadi sabitlik üçün vacib elementidir

Kibertəhlükəsizlik sosial və iqtisadi sabitlik üçün vacib elementidir

23-04-2025
Kibertəhlükəsizlik sahəsində yeni dövlət qurumu fəaliyyətə başlayıb

Kibertəhlükəsizlik sahəsində yeni dövlət qurumu fəaliyyətə başlayıb

04-06-2026
“Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri” konfransı başa çatıb

“Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri” konfransı başa çatıb

10-06-2026
“Yaşıl və rəqəmsal transformasiyalar” adlı konfrans keçirilib

“Yaşıl və rəqəmsal transformasiyalar” adlı konfrans keçirilib

09-11-2024
Ölkəmizdə yeni rəqəmsal peşə istiqamətlərinin formalaşdırılması müasir dövrün tələbidir

Ölkəmizdə yeni rəqəmsal peşə istiqamətlərinin formalaşdırılması müasir dövrün tələbidir

11-06-2026
Akademik: Ölkədə astrofizika sahəsində tədqiqatlarda süni intellektin tətbiqi müasir dövrün tələbidir

Akademik: Ölkədə astrofizika sahəsində tədqiqatlarda süni intellektin tətbiqi müasir dövrün tələbidir

28-09-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə