Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov “Ookla” şirkətinin Yaxın Şərq və Afrika ölkələri üzrə vitse-prezidenti Tristan Muhader ilə görüş keçirib.
Xeberler.az bildirir ki, görüşdə “Ookla” şirkətinin İKT sahəsində əməkdaşlıq üçün təklifləri təqdim olunub, 2025-ci ilin iyun ayında Bakıda keçirilən görüş zamanı Nazirlik tərəfindən qaldırılan məsələlər müzakirə edilib.
Həmçinin Azərbaycanda rəqəmsal infrastrukturun inkişafı üzrə görülən işlər, ölkəmizi telekommunikasiya və rəqəmsal infrastruktur investisiyaları üçün daha cəlbedici məkana çevirmək, rəqəmsal iqtisadiyyatın dəstəklənməsi və digər məsələlərə dair fikir mübadiləsi aparılıb. Bildirilib ki, “Ookla” şirkətinin qlobal təcrübəsi və analitik imkanlarının Azərbaycanın bu sahədəki məqsədlərinə töhfəsi araşdırılır.


Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları