Previous Next
Bağla

Ekspert:görəsən FHN, yaxud da ETSN meşə yanğınları baş verən əraziləri real vaxtda izləyə bilirlərmi ?

19-08-2022 16:58
Ekspert:görəsən FHN, yaxud da ETSN meşə yanğınları baş verən əraziləri real vaxtda izləyə bilirlərmi ?

İnkişaf etmiş ölkələr, son dövrlər isə bir çox qonşu ölkələr artıq fövqəladə halların qarşısını zamanında almaq üçün intellektual sistemlər qururlar.

Xeberler.az bildirir ki, bununla bağlı Azərbaycan İnternet Forumunun Prezidenti, ekspert Osman Gündüz öz feysbuk səhifəsində paylaşım edib.

“Bildiyim qədər Türkiyə də ötən illərdə baş verən güclü yanğınlardan sonra bu tip sistemlərin daha da inkişaf etdirilməsinə üstünlük verirlər .

Yəni, ölkələr təhlükələri: tutaq ki, meşə masssivlərində, qoruqlarda və parklarda yanğın ocaqlarını vaxtında müəyyən etmək üçün videomüşahidə sistemləri qururlar. Bununla bağlı texnologiyalar son zamanlarda yetərincə inkişaf edib.

Mərkəzləşdirilmiş rəqəmsal videomüşahidə sistemlərilə, dron və foto-video müşahidə həlləri ilə baş verən təhlükəli vəziyyətlərin fəsadlarını minimuma endirmək mümkündür. Təssüf ki, hələlik bizdə bu tip sistemlər yetərincə inkişaf etməyib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu istiqamətdə müəyyən addımlar atsa da real nəticələr hələlik ortada yoxdur.

Baxıram ki, Fövqəladə Hallar Nazirliyi indiyədək heç "112 zəng xidmətinin" mobil versiyasını, “112 mobil xidməti” də işə sala bilməyibmiş. FHN-nin “112 mobil xidməti”nin mövcud olmadığı haqda dəfələrlə yazılıb və deyilib.

Hətta 5 il öncə bu tip bir mobil tətbiq istifadəyə də verilmişdi. Lakin sonradan bu yığışdırıldı və hazırlanması üzərində işlər aparıldığı bildirilsə də indiyədək reallaşmayıb. Xatırlayıram ki , ötən il onu hazırlayan şirkətlərdən biri “112 mobil xidmət” tətbiqinin tam hazır olduğunu bildirmişdi. Görünür ki bizə məlum olmayan hansısa səbəblərdən bu vacib mobil xidməti işə salmaq indiyədək mümkün olmayıb. Dünyada, hətta qonşu ölkələrdə artıq bu tip servislərdən effektiv istifadə və əhali ilə çevik əlaqələrin qurulması təcrübəsi var.

Yeri gəlmişkən, Daxili İşlər Nazirliyi də, hazırlandığı haqqında mesajlar versə də, yetərincə effektiv işləyən "102 zəng xidməti"nin mobil versiyası , “102 mobil xidməti” hələ də ortada yoxdur. Nə üçün gecikdirilməsi ilə bağlı DİN açıqlama verməyib. Yaxşı olardı ki, ETSN də “EKO-RADAR” –ın daha da təkmilləşdirilmiş mobil versiyasını işə salsın.

Biz hazırda meşə yanğınlarına qarşı vuruşan FHN-in, yanğınsöndürmə işlərinə cəlb olunanların əməyini, fədakarlığını və səylərini yüksək dəyərləndiririk. Ümid edirik zamanında qarşısını ala biləcəklər.

Bununla belə, düşünürəm ki, hökumət, FHN və ETSN, eGov-a cavabdeh qurumlar və digər   aidiyyatı qurumlar müxtəlif növ fövqəladə halların, təhlükələrin zamanında qarşının alınması üçün, çeviklik və effektivlik üçün, daha az itki ilə vəziyyətdən çıxmaq üçün, kütləvi və effektiv məlumatlandırmanın təşkili üçün rəqəmsal sistemlərinin qurulmasına diqqəti və resursları xeyli artırmalıdırlar”.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Osman Gündüz: "112 Zəng xidməti”nin mobil versiyası nə zaman aktiv olacaq?

17-12-2021

FHN-in funksiyasını Google icra etdi -RƏY

04-07-2023

Mobil texnologiyalar insanların sağ qalmasına necə kömək edə bilər ?

20-05-2015

Ekspert: İnnovativ yanğınsöndürmə texnikasından istifadə edilməlidir

26-03-2019

Ekspert: Nə üçün "102" xidməti rəqəmsallaşa bilmir?

31-03-2021

Ekspert: Nazirlik çoxdan 5G ilə bağlı açıqlamalar verməli idi

05-09-2022

Ekspert: Nəqliyyat intellektual idarə olunurmu ?

12-09-2022

Azərbaycandan Türkiyəyə göndərilən Mobil səhra hospitalı Kahramanmaraşa çatıb

08-02-2023

Ekspert:Azərbaycanda 5G infrastrukturu nə zaman qurulacaq?

16-08-2022

Ekspert: Nə üçün DİN xidmətləri hələ də elektronlaşdırılmır ?

26-04-2021

Qlobal ödəniş sistemlərinin Azərbaycanda tətbiqi niyə ləngiyir?

21-12-2019

"Təhlükəsiz Şəhər" sistemi cinayətkarlıqla mübarizə apara bilirmi?

29-03-2023

Ekspert: Əminəm ki, "E-qanun" mobil tətbiqi çox populyar olacaq

09-09-2022

Ekspert: Ermənistanın ən böyük mobil operatoru yenidən ciddi tənqidlərlə üzləşib

29-08-2022

Ekspert: "Asan imza" sistemi çöküb

23-02-2023

ETSN-in Eko-Radar sistemi istifadəyə verilib

09-09-2019

Ekspert: "Milyonluq" iş 

20-10-2022

Ekspert:Bir Nazirlik nə qədər kütləvi imtahan təşkil edə bilər?

30-08-2022

Generalların görüşündə hansı məsələlər müzakirə edilib ?

17-02-2024

DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi nələri dəyişəcək?-RƏY

04-06-2023

Ekspert: Mobil hökumətdə vəziyyət necədir?

26-09-2022

Ölkədən çıxışa STOP qoyulmasını öncədən necə öyrənmək olar?

07-04-2025

e-Polis tətbiqi istifadəyə verilib

29-01-2024

“Uşaq Qaynar Xətt” xidməti Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlığa başlayıb

14-03-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə