Previous Next
Bağla

Ölkəmizdə WhatsApp, Skype kimi platformalar birdəfəlik bloklanıb?

02-06-2017 13:33
Ölkəmizdə WhatsApp, Skype kimi platformalar birdəfəlik bloklanıb?

Məlumat verdiyimiz kimi, artıq bir müddətdir Azərbaycanda  WhatsApp, Skype və digər bu kimi resurslara qoyulub.

Ekspertlər və ictimaiyyətin ciddi narazılığına  baxmayaraq hələ də bu məhdudiyyətlər aradan qaldırılmayıb.

Məsələ ilə bağlı məsuliyyət daşıyan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ( NRYTN) də məlum hadisə ilə bağlı indiyə qədər hər bir rəsmi açıqlama və şərh verməyib.

Günlərdir sosial şəbəkələrdə həm Azərbayacanda, həm də xaricdə yaşan vətəndaşlar məsələdən narahatlıqlarını bildirərək, bu patformalar üzərindən işlərini həyata keçirib, yaxınları ilə əlaqə yarada bilmədiklərini qeyd edir.

Məlum olduğu kimi, bu yaxınlarda Azərbaycada beynəlxalq V İslam Həmrəyliyi Oyunları  oyunları  keçirildi. Yaxın da vaxtda isə ölkə daha bir qlobal yarışa-Formula-ya ev sahibliyi edəcək.

Ekspertlərin ilkin rəyinə görə, bu məhdudiyyətlər ölkədə təhlükəsizliyi təmin etmək üçün tətbiq edilib.

Lakin oyunların bitməsinə baxmayaraq hələ də bu resurslarla qarşı bloklanma davam edir.

Ekspertlər məsələni yenidən gündəmə gətirərək vurğulayıb ki, NRYT və xüsusi xidmətlər hələ də rəsmi açıqlama verməyib.

İndi isə hər kəsi maraqlandıran bir sual meyadana çıxır ki, görəsən bu resurslar ölkəmizdə birdəfəlik bağlanıb?

Məsələ ilə bağlı Azərbaycan İnternet Formunun prezidenti, ekspert Osman Gündüz Xeberler.az-a bildirib ki, platformalar həqiqətən də təhlükəsizlik məqsədilə bağlanıbsa, bizim xüsusi xidmətlər, başqa ölkələrdə olduğu kimi, adı çəkilən qurumlara əməkdaşlıq təklif edə bilər:

“Qeyri-rəsmi məlumatlara görə bu məhdiyyətlərin təhlükəszilik məqsədilə edildiyi bildirilir. Bu isə xüsusilə də beynəlxalq tədbirlərin keçirildiyi zamanda anlaşılandır. Amma tədbirlər də artıq başa çatıb. Əgər həqiqətən də təhlükəsizlik məqsədilə bağlanıbsa, onda güman ki, bizim xüsusi xidmətlər, başqa ölkələrdə olduğu kimi, adı çəkilən qurumlara əməkdaşlıq, serverlərini burada yerləşdirməyi təklif edəcəklər”.

Onların buna münasibəti necə olacaq ? 

Osman Gündüz bu məsələyə də aydınlıq gətirib:

“Məlumdur ki, bu tip qlobal resurslarda ikili standartlar da var, onların kiçik ölkələrlə münasibətləri korrekt deyil, biznes maraqları da yoxdur. Əgər əməkdaşlıq baş tutmasa, onlar serverlərini bura gətirməsələr bu resurslara giriş qapalımı olmalıdır? . Düşünürəm ki, bu da normal hal deyil. Belə olan halda vətəndaşların, həmçinin ölkəyə gələn turistlərin informasiya münasibətləri necə olacaq, bu tip resurslar üzərində müxtəlif xidmətlər təklif edənlərin, biznes quranların taleyi necə olacaq ?. Bu, həm də ölkənin beynəlxalq imcinə də ciddi təsir edən amillərdəndir. Yəqin ki, bu vəziyyət artıq Azərbaycanla bağlı beynəlxaq hesabatlarda mənfi hal olaraq özünə yer tapıb”.

“Mobil operatorlar bu məhdudiyyətlərə maraqldır”

Onun sözlərinə görə, beynəlxlaq danışıqların, mobil operatorların danışıq tariflərinin yüksək olduğu bir zamanda bu cür qadağalar vətəndaşlara ciddi maddi ziyan da vurur. Ekspert hesab edir ki, bu prosesdə maraqlı tərəflər, biznes maraqları olanlar, bloklanmadan xeyir qazananlar da məlumdur:

“Güman ki, bloklamadan sonra telefon danışıqlarının həcmi artıb və bu səs trafikinin yüksəlməsi hesabına, rouminq və beynəlxalq danışıqlar hesabına NRYTN (AzİnTelecom), Azercell, Bakcell və NAR gəlirlərini xeyli artıra bilib. Sirr deyil ki, bu qurumlar həmişə maraqlı olacaqlar ki, bloklanma daim olsun”.

Ekspert vuğrulayıb ki, bu məsələyə hökumət xüsusi diqqət etməlidir:

“Düşünürəm ki, hökumət bu problemin vətəndaşların normal informasiya münasibətlərinə zərər vermədən həllinə diqqət yetirməlidir. Bu problem maraqlı tərəflərin iştirakı ilə müzakirə olunmalıdır. Fikrimcə, vətəndaşların maraqlarına toxunan bu tip bloklanmadan sonra, hökumət heç olmasa dərhal, heç düşünmədən beynəlxalq danışıq tariflərini, mobil operatorlar da rouminq tariflərini azalda bilərdi. Ümumiyyətlə, indiki zamanda bloklama həll variantı deyil. Məlum “soyuq müharibənin” texnoloji variantına oxşar olan bu addımların sonda effektiv olacağını düşünmürəm”.

Osman Gündüz onu da bildirib ki, məsələnin həlli ilə bağlı digər müxtəlif həll variantları ola bilər. O, hökumətin bu problemi yaxın zamanlarda həll edəcəyinə ümid edir.

 Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ölkədə WhatsApp və Skype-ı hansı qurumlar bloklayır?

17-05-2017

WhatsApp, Skype-a qoyulan blok niyə aradan qaldırılmır?

23-05-2017

“Skype, Facebook, WhatsApp kimi resurslara qarşı sertifikatlaşma tələbi düzgün yanaşma deyil”

31-08-2015

WhatsApp vasitəsilə zənglərə qadağanın MTN-lə əlaqəsi varmı?

16-11-2015

“Avropa Oyunları zamanı İnternet və informasiya mübadiləsi proseslərini dörd qurum monitorinq edəcək”

23-04-2015

Ekspert : ASAN İmza-dan imtina olunmalıdır

18-02-2019

Ekspert: Beynəlxalq platformalarla kimlər “vuruşmalıdır”?

25-07-2020

Özəl qurumlar koronavirusla bağlı mübarizədə nə kimi töhfələr verə bilər?

23-03-2020

Ekspert: Azərbaycanda böyük əksəriyyət smartfon istifadəçiləri VPN üzərində “oturub”

13-10-2022

Ekspertlər nə düşünür: sosial media lisenziyalaşdırıla bilərmi?

07-08-2015

Sosial şəbəkələrin çökməsindən hansı nəticələri çıxarmaq olar? - Ekspertdən açıqlama

05-10-2021

TeliaSonera Azərbaycan bazarından gedirmi ?

17-09-2015

"Cop29 nümayəndələrinə birdəfəlik cihazların verilməsi yalnız Azərbaycanla bağlı deyil"

06-11-2024

Azərbaycanda internetin keyfiyyəti niyə pisləşib?

20-05-2017

NRYTN böyük vəsaitlər sərf edərək anlaşılmaz tədbirlər keçirir

04-03-2020

Osman Gündüz: Mobil nömrə daşınmasından gözləntilər özünü doğrultmayıb

19-04-2014

Ekspert: Dövlət qurumlarının informasiya təhlükəsizliyi necə təmin olunur ?

18-04-2022

16 noyabr tarixdə Delta Telecom-da nə baş verib ?

21-11-2015

“SİM kartlara qoyulacaq qadağa problemlər yaradacaq”

11-05-2017

Azərbaycanda internet kəsilə bilərmi?

26-10-2017

Yerli icra hakimiyyətlərində rəqəmsallaşma necə olmalıdır?

22-05-2020

Ekspert kibertəhlükəsizlik strategiyasından danışdı

11-03-2019

Nazirliyin qurumları özəlləşdirilməyə hazırlanırmı?

24-05-2018

m10 insidenti artıq fintex yox, milli təhlükəsizlik məsələsidir - Ekspert

18-02-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə