Previous Next
Bağla

Ölkədən çıxışa STOP qoyulmasını öncədən necə öyrənmək olar?

07-04-2025 19:18
Ölkədən çıxışa STOP qoyulmasını öncədən necə öyrənmək olar?
"Mövcud qanunvericiliyə görə 10-dan çox qurum vətəndaşın ölkədən çıxışına qadağa qoya bilər. Yəni vergi borcu olanların, cinayət məsuliyyətinə cəlb edilənlərin, axtarışda olanların və s. ölkədən getmək hüququ Ədliyyə Nazirliyi, DİN, FHN, Dövlət Vergi Xidməti, Baş Prokurorluq, Dövlət Sərhəd Xidməti, Dövlət Təhlükəsizlik Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Dövlət Gömrük Komitəsi, Müdafiə Nazirliyi, XKX kimi dövlət qurumlarının qərarı ilə məhdudlaşdırıla bilir".
 
Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
 
Ekspert bildirib ki, STOP məsələsi həmişə "incə" məsələ olub, diqqət mərkəzində olub və ictimai əhəmiyyət kəsb edib:
 
"Xatırlayıram ki, Milli Məclisin İnsan hüquqları komitəsinin ötən il keçirilən iclasında müzakirə edilən insan hüquqlarının qorunması haqqında Ombudsmanın 2024-cü il üzrə məruzəsində də STOP məsələsi öz əksini tapmışdı.
 
Məruzədə bildirilirdi ki, şəxsin ölkədən çıxışına məhdudiyyət qoyulduğu bəzi hallarda həmin şəxs bu barədə məlumatlı olmur. Belə olduqda şəxs onun barəsində məhdudiyyətin tətbiq edilməsinə dair məlumatı şəxsiyyət vəsiqəsini (ümumvətəndaş pasportunu) dəyişdirdikdə və ya sərhədi keçdikdə əldə etmiş olur. Bununla da onun hüquqları məhdudlaşdırılmış olurdu.
 
Amma hələ də bu problem öz həllini tapmayıb. Bu tip məlumatları adətən öncədən əldə etmək çox çətin olur. Kimsə xaricə getmək üçün Hava Limanına və ya hansısa sərhəd buraxılış məntəqəsinə yaxınlaşanda məlum olur ki onun ölkədən çıxışına STOP qoyulub.
 
Yalnızı spesifik bir –iki məqamla bağlı STOP məsələsi haqqında öncədən məlumatı öyrənmək mümkündür".
 
Osman Gündüz bildirib ki, DİN, DVX və Ədliyyə Nazirliyi bununla bağlı faydalı rəqəmsal imkanlar yaradıblar:
 
"DİN-in E-polis mobil tətbiqində “axtarışda olan borclu fiziki şəxslər və cavabdehlər” haqqında məlumatları, DVX və Ədliyyə Nazirliyin e-xidmətlər bölməsindən də “borclunun ölkədən getməsinin müvəqqəti olaraq məhdudlaşdırılması” haqqında məlumatı ANINDA əldə etmək olar.
 
Digər hallarda tətbiq edilən STOP qadağası haqqında məlumatı qabaqcadan elektron formada əldə etmək mümkün deyil.
 
Yəni tutaq ki, DGK, yaxun FHN-nin hansıs abir vətəndaşa tətbiq etdiyi STOP qadağasını öncədən öyrənmək imkanları yoxdur".
 
Ekspert düşünür ki, myGov üzərindən də belə bir ictimai əhəmiyyət kəsb edən məlumatın əldə edilməsi imkanlarının yaradılması məntiqli və doğru olardı:
 
"Öncə İRİA əlaqəli qurumlarla, Ədliyyə Nazirliyi və DİN ilə birlikdə vətəndaşın artıq rəqəmsal formada olan mövcud STOP məlumatlarını myGov-dakı şəxsi kabinetinə inteqrasiya etməsi faydalı olardı.
 
Eyni zamanda İRİA STOP qoymaq səlahiyyəti olan digər əlaqəli qurumlarla birlikdə bu məlumatların da myGov-dan əldə edilməsi imkanlarını nəzərdən keçirməsi doğru olardı.
 
Adətən STOP qadağası İAMAS sistemi vasitəsilə reallaşdırılır. Yaxşı olardı ki İRİA əlaqəli qurumlarla birlikdə bu tip məlumatların dərhal myGov-a yönləndirilməsi ilə bağlı qanunvericiliyə təkliflər hazırlasın.
 
Əlbəttə bəzi hallarda öncədən belə bir məlumatın verilməsi məntiqli olmaya bilər".
 
Osman Gündüz bildirib ki, istənilən halda vətəndaşa Hava Limanında bu məlumat verilirsə, bu məlumatı elə onun myGov-dakı şəxsi kabinetinə də öncədən göndərmək olardı:
 
"Ümid edirəm İRİA və digər əlaqəli qurumlar STOP qadağasının öncədən öyrənilməsi imkanlarını daha effektiv qura biləcəklər".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Ölkədən çıxışa qoyulan qadağanı necə öyrənmək olar ?

Ölkədən çıxışa qoyulan qadağanı necə öyrənmək olar ?

29-07-2019
Azərbaycanda 11 dövlət qurumu vətəndaşın ölkədən çıxışına qadağa qoya bilər

Azərbaycanda 11 dövlət qurumu vətəndaşın ölkədən çıxışına qadağa qoya bilər

11-03-2021
Ekspert: Təhsil qurumlarının eGov-a inteqrasiyası başa çatmayıb

Ekspert: Təhsil qurumlarının eGov-a inteqrasiyası başa çatmayıb

10-08-2019
Ən faydalı və populyar mobil hökumət həlli hansılardır? - Ekspert açıqladı

Ən faydalı və populyar mobil hökumət həlli hansılardır? - Ekspert açıqladı

14-04-2025
e-Polis tətbiqi istifadəyə verilib

e-Polis tətbiqi istifadəyə verilib

29-01-2024
Eksert: Rəqəmsal şəxsiyyət vəsiqəsini kim yoxlaya bilər?

Eksert: Rəqəmsal şəxsiyyət vəsiqəsini kim yoxlaya bilər?

28-11-2024
Rəqəmsal şəxsiyyət vəsiqəsi bələdiyyə seçkilərində etibarlı olacaqmı?

Rəqəmsal şəxsiyyət vəsiqəsi bələdiyyə seçkilərində etibarlı olacaqmı?

24-01-2025
Avtomobillərin dövlət qeydiyyatına alınması prosesi niyə elektronlaşmır?

Avtomobillərin dövlət qeydiyyatına alınması prosesi niyə elektronlaşmır?

16-04-2019
Azərbaycanın milli domen adlarının stop-vərəqəsi genişləndirilir

Azərbaycanın milli domen adlarının stop-vərəqəsi genişləndirilir

14-03-2013
Şəxsi sənədlər rəqəmsallaşdırılır

Şəxsi sənədlər rəqəmsallaşdırılır

13-06-2024
Şəxsi sənədlər rəqəmsallaşdırılır

Şəxsi sənədlər rəqəmsallaşdırılır

13-06-2024
Nəqliyyat sahəsi üzrə bu xidmətlərə “mygov”dan müraciət etmək mümkündür

Nəqliyyat sahəsi üzrə bu xidmətlərə “mygov”dan müraciət etmək mümkündür

16-05-2026
Ölkədən getmək hüququ məhdudlaşdırılmış borclu şəxslərə SMS göndəriləcək

Ölkədən getmək hüququ məhdudlaşdırılmış borclu şəxslərə SMS göndəriləcək

07-04-2025
"İmtahana buraxılış vərəqəm" məlumatları “mygov”a inteqrasiya olunub

"İmtahana buraxılış vərəqəm" məlumatları “mygov”a inteqrasiya olunub

05-05-2025
Ekspert: Rəqəmsal tələbə kartları tələbələrin istifadəsinə verilib

Ekspert: Rəqəmsal tələbə kartları tələbələrin istifadəsinə verilib

03-03-2025
Təhsil nazirliyi diplom bazasını 5 ildir niyə yeniləmir?

Təhsil nazirliyi diplom bazasını 5 ildir niyə yeniləmir?

12-03-2021
myGov ilə onlayn etibarnamə vermək mümkün olacaq

myGov ilə onlayn etibarnamə vermək mümkün olacaq

02-08-2019
İnternet xidməti üzrə “öncədən ödəmə” sisteminin tətbiqi nə qədər ədalətlidir?

İnternet xidməti üzrə “öncədən ödəmə” sisteminin tətbiqi nə qədər ədalətlidir?

26-12-2020
Ekspert: Arayışlarla bağlı problem hələ də öz həllini tapmayıb

Ekspert: Arayışlarla bağlı problem hələ də öz həllini tapmayıb

30-07-2021
Hərbi xidmətlə bağlı məlumatlar “mygov”a inteqrasiya edilib

Hərbi xidmətlə bağlı məlumatlar “mygov”a inteqrasiya edilib

02-06-2025
DİN dərsləri yoxsa innovasiya və informatika?

DİN dərsləri yoxsa innovasiya və informatika?

01-05-2019
Ekspert: Dövlət qurumları vətəndaşlardan hələ də kağız arayışlar tələb edir

Ekspert: Dövlət qurumları vətəndaşlardan hələ də kağız arayışlar tələb edir

02-04-2021
Ekspert: DİN yeni yaradılan xidmətlərin rəqəmsal versiyasına diqqət yetirmir

Ekspert: DİN yeni yaradılan xidmətlərin rəqəmsal versiyasına diqqət yetirmir

27-07-2021
Ekspert: Şəxsiyyət vəsiqəsinin surətinin tələb edilməsi qadağan olunmalıdır

Ekspert: Şəxsiyyət vəsiqəsinin surətinin tələb edilməsi qadağan olunmalıdır

29-10-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə