Dəm qazı dedektoru dəm qazından mühafizə üçün nəzərdə tutulmuştexniki qurğudur.
Bakıda dəm qazı detektorunun satışı ilə məşbul olan «RM Detectors» şirkətinin rəsmisi Məhəmməd Quluzadə bu cihaz haqqında ətraflı məlumat verdi.Məhəmməd bəy ilk öncə bildirdi ki, onu bu işə başlamağa yaxınlarının qaz sızması nəticəsində ölməsi vadar edib: «Keçən il mənim iki qohumum qaz sızmasından dünyasını dəyişdi. Ondan sonra qərara gəldim ki, bu məsələni araşdırım və məlum oldu ki, dünyanın əksər ölkəsində artıq belə problem yoxdur. Həmin vaxta qədər də mən İngiltərədə dövlətin bu sahədə mübarizəsi təcrübəsiylə tanışıydım. Ona görə də İngiltərədən rəsmi distrübütorluq aldıq, Azərbaycanda da qeydiyyatdan keçdik və dəm qazı detektorlarının satışına başladıq».
M.Quluzadənin sözlərinə görə, hazırda satdıqları dəm qazı detektorları Britaniya istehsalıdır və cihaza 5 il təminat verilir. Buna baxmayaraq şirkət yetkilisi cihazın satışından o qədər də məmnun deyil. Səbəb reklamın bahalığı, vergilərin çoxluğu, gömrükdə yaranan problemlər və ən əsası, əhalinin alıcılıq qabiliyyətinin aşağı olmasıdır: «Keçən il detektorları quraşdırılmayla birlikdə 120 manata satırdıq. Amma bu il qiymətləri endirdik. İndi bir detektorun qiyməti quraşdırılmayla birlikdə 70 manatdır».
M.Quluzadə hesab edir ki, belə bir məsələylə dövlət səviyyəsində məşğul olunmalıdır. Bu səbəbdən o, Fövqəladə Hallar Nazirliyinə təkliflər də təqdim edib. Hələlik təkliflərə reaksiya verilməyib.
Haqqında danışılan SF350EN modelli dəm qazı detektoru evdə dəm qazı yığılanda dərhal güclü siqnal verir. Cihaz öz akkumulyatoruyla çalışır və 5 il ərzində akkumulyatoru dəyişmək lazım olmur. Detektor qaz qızdırıcısının yerləşdiyi otaqda, qapıdan hündür yerdə, tavandan ən azı 150 millimetr aşağıda, qaz qızdırıcısından 1-3 metr aralıda və yataq otağının yaxınlığında quraşdırıla bilər. Binanın çölündə, dolabın içində və ya altında, nəm və rütubətli yerdə, qaz qızdırıcısının üstündə, yel çəkən və tozlu yerdə isə cihazı quraşdırmaq olmaz. Kiçik hamamlarda da bu detektoru quraşdırmaq məsləhət görülmür. Dəm qazı detektoru yanğına və təbii qaz sızıntısına həssas deyil.
xeberler.az/Ellada
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri