Previous Next
Bağla

Məcburi qiymət, məcburi sürət, indi də məcburi modem - Osman Gündüz

18-07-2025 15:49
Məcburi qiymət, məcburi sürət, indi də məcburi modem - Osman Gündüz
"İKTA-nın növbəti absurd açıqlamasına rast gəldim. İndi də qurum özünün müəyyən etdiyi modemlərin – 5 Ghz modemlərin ölkəyə girişinə icazə verilməsini istəyir. 2.4 GHz modemlərin ölkəyə buraxılmaması üçün Dövlət Gömrük Komitəsi ilə danışıqlar apardığını bildiriblər".

Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
 
Ekspertin sözlərinə görə, hələlik görünən budur ki, bu tənzimləyici qurum üçün sərbəst və azad bazar siyasəti, istehlakçıların hüquqlarının qorunması, rəqabətli mühitin formalaşması, liberal bazar prinsipləri prioritet deyil:
 
"Ötən günlər provayderlərə göstəriş veriblər ki “qazı basın”, yəni vətəndaş üçün lazım olsa da, olmasa da internetin sürətini qaldırın, təbii ki onlar da paralel tariflərin də “qazını” qaldıracaqlar.
 
İndi də İKTA vətəndaşlar üçün, provayderlər və İT şirkətlər üçün – yalnız "məcburi modem" prinsiplərini müəyyən etməyə çalışır.
 
Halbuki dünyada həm 2.4 GHz, həm də 5 GHz cihazlar paralel istifadə olunur – istifadəçinin büdcəsinə və ehtiyacına uyğun olaraq. Heç bir ölkədə “2.4 GHz qadağandır” yanaşması tətbiq edilmir. Əksinə, maarifləndirmə ilə seçim azadlığı qorunur.
 
Amma İKTA deyir ki texnologiya, avadanlıq və sürət seçimlərini özüm edəcəyəm".

Osman Gündüz bildirib ki, əgər İKTA həqiqətən də yeni texnologiyaların tətbiqini istəyirsə onda bunu inzibati yolla deyil, maarifləndirmə və təşviq yolu ilə etməlidir:
 
"Mənasız müsabiqələr təşkil etməkdənsə bu istiqamətdə media ilə əməkdaşlıq edə bilər, təqdimatalr və media kampaniyalar təşkil edə bilər. Provayderlər, vətəndaş cəmiyyətləri, texniki ekspertlərlə ictimai müzakirələr təşkil edə bilər. İKTA-nın hazırda sektorda diqqət yetirəcəyi xeyli aktual məsələlər, xeyli problemlər var".
 
Ekspert bildirib ki, ölkədə keyfiyyətli internet infrasturkturu qurulandan sonra yaranan yeni mühit ciddi tənzimlənmə tələb edir:
 
"Vətəndaşların dövlət provayderi, AzTelekom-la ciddi problemləri var. İnternet xidmətinin göstərilməsi ilə bağlı vətəndaşlarla bağlanan məcburi müqavilələr, əsassız cərimələr, Aztelekom-un konkret şirkətlərə aid olan modemlərdən istifadəsini məcbur edən müqavilələr İKTA hüquqşünasları tərəfindən araşdırılmalıdır.
 
Düşünürəm ki, İKTA-nın provayderlərə münasibətdə internetin sürəti üçün “qazı basın” yanaşmasından sonra, vətəndaş və biznes üçün “məcburi modem” yanaşması da qüsurludur.
 
Bu, bazar prinsiplərinə zidd, texnoloji seçim azadlığını məhdudlaşdıran bir yanaşmadır. Nəticədə qiymətlər yenidən artacaq, vətəndaş daha çox ziyana düşəcək və alternativsiz qalacaq".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İKTA vətəndaşları “Wi-Fi” cihazlarını seçərkən diqqətli olmağa çağırır

18-07-2025

İnzibati əmrlə internetin sürətini artırmaq absurddur - Osman Gündüz

16-07-2025

Azərbaycanda internet provayderlərin sayı 200-ə çatıb

24-05-2023

Doğurdanmı tənzimləyici qurum prioritetləri müəyyənləşdirə bilmir?

23-05-2025

Provayderlər internet istifadəçilərin müqavilə şərtlərini məhdudlaşdıra bilməyəcəklər

17-02-2024

Nokia bizdə modem satır, Ermənistanda 5G qurur

12-02-2024

Tənzimləyici qurumun "Yerdəki"nə gücü çatmır "Göydəki"ndən hesabat istəyir - Osman Gündüz

27-08-2025

Aztelekom-un RİNN tərkibindən çıxarılması tənzimləyici quruma necə təsir edəcək?

18-03-2025

İKTA internetin keyfiyyətini yüksəldən hədəfləri açıqlayıb

16-12-2025

150 provayderi əhatə edən şikayət sistemi effektiv olacaqmı ?

27-11-2023

Azərbaycanda İnternet bazarına dövlət, yoxsa özəl sektor nəzarət edir ?

20-02-2024

Ekspert: İKTA mobil rabitənin keyfiyyətini ölçüb, nəticələri isə gizlədir

02-07-2025

Hökumət internet inhisarçılığı ilə mübarizə apara bilmir?-Ekspert

03-08-2023

İnternet provayderi seçmək hüququnun pozulması ilə bağlı 17 müraciət həllini tapıb

05-06-2025

Ekspert: Bölgələrdə internetden imtina edənlər barəsində statistika indiyədək açıqlanmayıb

12-09-2024

İKTA-nın faydalı addımları və onu gözləyən risklər

12-06-2024

İKTA-da “Nokia” və “Huawei” nümayəndələri ilə görüş keçirilib

14-05-2024

"Ookla Azərbaycandan nə istəyir?" – konsaltinq xidməti, yoxsa data - Ekspert

24-06-2025

İnternetin keyfiyyətini necə qaldırmaq olar?

02-03-2024

İnternetin keyfiyyətinə cavabdeh olan departamentə rəhbər təyin edilib

22-08-2023

İKTA-nın müstəqil olmadığı halda bu formada reytinq cədvəlləri təqdim etməsi ədalətli deyil

24-01-2025

Provayderlər barədə məlumat almaq asanlaşdı-Yeni sayt

19-07-2023

AYİB-in dəstəyi ilə İKTA əməkdaşları üçün təlim keçirilib

31-10-2024

"Aztelekom-un struktur dəyişikliyi telekom bazarına təsir edəcəkmi"?

30-04-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə