Previous Next
Bağla

Bakı və Abşeronda qaz sayğacları dəyişdirilir

26-02-2015 12:44
Bakı və Abşeronda qaz sayğacları dəyişdirilir

“Azəriqaz” İstehsalat Birliyi tərəfindən qaz təchizatı sisteminin yenidən qurulması, həmçinin ödənişlərlə bağlı əməliyyatların artması ilə əlaqədar yarana biləcək texniki problemləri aradan qaldırmaq məqsədi ilə bir sıra yeniliklər tətbiq edilir.

Bakı şəhəri və Abşeron rayonunda abonentlərin mənzillərində quraşdırılmış 17 min 972 ədəd “Actaris” Gulf tipli qaz sayğaclarının ödəniş xidmətləri yalnız Bakı şəhərində yerləşən “Kapital” bankın filiallarındakı terminallarda “TaleXus” proqramı vasitəsilə həyata keçirilir.

Həmin proqram təminatında tez-tez nasazlıqların yaranması, “Gulf” tipli qaz sayğaclarının kartlarına ödəniş zamanı abonentlərə bir sıra çətinliklər yaradır. Bunun qarşısını almaq, eyni zamanda abonentlərin istehlak etdiyi təbii qaza görə ödənişləri daha yüksək keyfiyyətlə həyata keçirmələri üçün Bakı şəhəri və Abşeron rayonu ərazilərində qazlaşdırma işləri aparılarkən artıq kütləvi şəkildə “Gulf” tipli sayğaclar deyil, “İtron” tipli smart qaz sayğacları quraşdırılır.

“Gulf” tipli sayğaclara malik olan 17 min 972 abonent də yaddan çıxarılmır. Belə ki, onların ödənişləri daha rahat aparmaları üçün “Actaris” Gulf tipli sayğacların proqram təminatının dəyişdirilməsi və “İtron” smart tipli qaz sayğaclarına uyğunlaşdırılmasına başlanılıb. Bu istiqamətdə işlər davam etdirilir.

Birliyin mütəxəssisləri yerindəcə xüsusi servis kartları vasitəsilə yeni proqramı sayğaclara yükləyir, həmin proqrama uyğun kartları abonentlərə təqdim edirlər. İşlər başa çatdırıldıqdan sonra “Actaris” Gulf tipli qaz sayğaclarından istifadə edən abonentlər smart-kartlara ödənişləri yalnız “Kapital” bank filiallarından deyil, istənilən ödəniş terminallarından həyata keçirə biləcəklər.(Azərtac)

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Köhnə nəsil smart tipli qaz sayğacları ləğv edilir

05-05-2023

300 mindən çox su sayğacı quraşdırılıb

15-08-2015

"Azəriqaz": Sayğaclarda yaranmış problemin həlli üzrə işlər aparılır

02-01-2026

Qaz sayğaclarının oxunmasında süni intellektdən istifadə ediləcək

23-02-2022

Yeni qaz sayğacları abonentlərə problemlər yaşatdı

09-01-2019

"Enterprise Azerbaijan" və "Licorne Gulf Qatar" arasında Memorandum imzalanıb

17-09-2025

Su sayğacları üzrə smart-kartları onlayn yükləmək olacaq

03-09-2015

Kapital Bank bankomat şəbəkəsini genişləndirir

30-10-2015

Teleradio İstehsalat Birliyi yeni tədbirlər həyata keçirib

09-06-2009

Qazsız bayram: “Azəriqaz”ın ödəniş sistemi çökdü, məsuliyyət ötürüldü

02-01-2026

Vətəndaşlar "Azəriqaz"ın müayinə aktını mygov ilə izləyə biləcəklər

08-12-2025

“Aztelekom”dan yeni il ərəfəsində yeni xəbər

19-12-2008

“Aztelekom” yeni rabitə obyektləri istifadəyə verəcək

17-03-2009

"Azəriqaz" hansı sayğaclardan istifadə edir?-TƏHLİL

16-01-2023

Aztelekom İB-i yeni obyektləri istifadəyə verib

04-12-2009

Ağıllı qaz sayğacları iyulun 1-dən istifadəyə veriləcək

28-05-2022

Hesab.az smart-kartların məsafədən yüklənməsini işə salır

08-11-2015

Azərsu ASC-nin bir sıra xidmətləri ASAN mərkəzlərinə verilib

31-01-2019

Sumqayıtda da elektron elektrik sayğacları quraşdırılacaq

20-10-2009

Ailə TV ödəmə imkanlarını artırır

23-01-2017

Teleradio İstehsalat Birliyi yeni tədbirlər həyata keçirir

22-05-2009

İlin sonunadək Ağstafada daha iki elektron tipli ATS istifadəyə veriləcək

29-11-2008

“Azəriqaz”ın müayinə aktlarına çıxış elektronlaşdırılıb

09-09-2025

Yeni startap məişət tullantılarından təbii qaz əldə etməyə imkan verir

29-08-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə