Plazma TV-lərə qadağa gəlir!

27-02-2009 / 11:16

Avropa Birliyi böyük ekran TV-lərə qarşı mübarizə aparmağa hazırlaşır.
Xüsusilə son 5 ildə böyük ekran televiziyalar, dünya səviyyəsində sürətlə yayılırlar. LCD-lərdən əvvəl yayılan plazma TVlər, bu anda başda ABŞ və Avropa olmaq üzrə son dərəcə məşhur bir şəkildə istifadə edilir.

Televiziya dünyasının "4x4"ləri olaraq da bilinən plazma TV-lərin bu gözəl günləri sona çatmaq üzrə kimi görünür.Çünki Avropa Birliyi, bu böyük ekran televiziyalara qarşı döyüş açma hazırlığındadır.

Döyüşün səbəbi isə əslində plazmaların ləqəbi olan "4x4"də gizlidir. Plazma TV-lər bənzərlərindən düz 4 qat daha çox enerji istehlak edir və 4 qat daha çox karbon dioksit yayır.

Uzun zamandır təbiət sevərlərin hədəfində olan plazma TV-lər ilə əlaqədar işə başlayan Avropa Birliyi səlahiyyətliləri, artıq bu tip televiziyaların qadağan edilməsi üçün hərəkətə keçiblər.
AB ölkələrində evlərlə yanaşı restoran və alış-veriş mərkəzlərində geniş şəkildə istifadə edilən plazma TV-lərə gətirilməsi düşünülən bu qadağa,   LCDləri təsir etməyəcək. Çünki LCD TVl-ər plazmalara görə çox daha az enerji istehlak edir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə