Mesaj -mobil bazarın ən böyük gəlir mənbəyi!!!

26-02-2009 / 17:41


Cəmi 15 illik bir keçmişi olan cib telefonu mesajları, yaxın gələcəyin ən çox seçilən ünsiyyət vasitəsi olaraq, on min illik danışmağın yerini ala bilər!

\"Mobile Messaging Futures 2009-2013\" adlı, mobil bazarlarının yaxın gələcəyini analiz edən və təxminlər irəli  sürən hesabat, öz araşdırmasında mobil mesajlaşmağı və bu sahənin qarşıdakı inkişafına dair maraqlı faktlar irəli sürdü.Hesabata görə 2-ci nəsil GSM şəbəkəsiylə ortaya çıxan və cəmi  15 illik bir keçmişi olan cib telefonu mesajlarının, min illərdir mövcud olan canlı nitqi əvəz etmə ehtimalı var.

Araşdırma nəticələri, mobil bazardakı ən yaxşı  gəlir mənbəyinin mesajlaşma olduğu istiqamətindədir. Dünyanın demək olar hər ölkəsində \"qarşısı alınmaz bir yüksəlişə\" keçən mesajlaşma miqdarının, önümüzdəki 6 il içərisində böyüməyə davam edəcəyi, bununla da operatorlara inanılmaz qazanclar təmin edəcəyi nəzərdə tutulur. Təxminlər, 2013-cü ildə, operatorların səsli zənglər xaricindəki gəlirlərinin yüzdə 60-nı, ümumi qazanclarının isə yüzdə 17-ni müxtəlif mesajlardan (MMS, səsli mesaj vs.), yüzdə 9-unu isə yalnız mətn mesajlarından əldə edəcəyi istiqamətindədir.

Amerika və  Çin,Yaponiya,Cənubi Koreya kimi Şərqi Asiya  ölkələrində fantastik ölçülərə çatan mesajlaşmanın, önümüzdəki beş il içərisində hər il 20 milyard dollar dəyər qazanacağı da təxmin edilir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə