TV sistemində əsasli dəyişikliklər olacaq!!!

27-03-2009 / 17:06

Yaxın gələcəkdə hər evə 1000 Mb internet girəcək; bugünkü TV texnologiyaları isə tarixdə qalacaq.

Avropanın öndə gedən GSM operatorlarından T-Mobilenin sahibi və telekommunikasiya sektorunda ən köklü firmalardan biri olan Deutsche Telekomun yenilik mütəxəssisi Christopher Schlaffer, bir zamanlar yalnız elmi- fantastik filmlərin mövzusu ola bilən texnologiyaların önümüzdəki illərdə gerçək olacağını iddia edir.

\"Hər il internet əlaqə sürətləri üç dəfə artır. Bu vəziyyətində 10 il içərisində təxminən hər evdə 1000 Mb, yəni 1Gb əlaqə olması mümkünür. Məncə qəti mümkündür.\" deyən Schlaffer, bunun nəticəsində televiziya anlayışının dəyişəcəyini söyləyir.

Gələcəyin IP TV-də olduğunu da iddia edən Schlaffer, sözlərini belə davam etdirib: \"Önümüzdəki 10 il içərisində üç ölçülü TV və holografik TV həyatımıza girmiş olacaq\".

Schlaffer, bu sahədə yeganə maneə kimi lazımlı texnologiyaların kifayət qədər yayılmamış olmasını göstərir.Lakin önümüzdəki illərdə bu əhəmiyyətli inkişafların önündəki texnoloji məhdudlaşdırmalar da qalxmış olacağı təqdirə ənənəvi Tv sisteminin büs-bütün dəyişəcəyi gözlənilir..


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə