Yaponiyanın “Fujitsu” firması dünyanın ən kiçik kompüterini istehsal edib

26-11-2008 / 15:34
Standart qovluq kağızı ölçüsündə olan “Lifebook U1010S” noutbuklara alternativ kimi dizayn edilib. Hindistanda texnologiya sərgisində təqdimatı keçirilən “Lifebook U1010S” kompüteri həvəskarlarının böyük marağına səbəb olub. Cəmi 63 qram çəkisi olan yeni kompüter asan daşındığı və asan istifadə olunduğu üçün digər kompüterləri qabaqlayır. “Lifebook U1010S” bir masaüstü kompüterdə olan bütün proqramları və texniki imkanları özündə cəmləşdirir. Firma rəhbərliyi sözügedən kkompüterlərə əsasən səyahət etməyi xoşlayan insanların həvəs göstərdiyini açıqlayıb.
Fujitsu”nun baş direktoru İvan Kam “Lifebook U1010S”in texnologiya aləmində böyük yenilik olduğunu söyləyib: “Bu dünyada ən yüngül kompüterdir. İlk baxışda standart kağız parçasını xatırladır. Onun adi əl bloknotundan demək olar ki, heç bir fərqi yoxdur. “Lifebook U1010S”in eyni zamanda həm optik (lazer) oxucusu, həm də sərt diski (hard disk) var”. “Fujitsu”nun yeni nəsil kompüterlərini digərlərindən ayıran ən vacib xüsusiyyətlərdən biri də onun batareyalarının fasiləsiz 11 saat işləməsidir. Sözügedən batareyalar həm də kompüterdəki məlumatların ələ keçirilməsinin qarşısını almaq xüsusiyyətinə sahibdir.
A4 kağızı ölçüsündəki bu cihaz toxunuşla işləyən ekrana malikdir. Qeyd edək ki bu məhsulun satış qiymətinin $1500 - $2000 arasında olması gözlənilir.
Texnologiya dünyasının tanınmış markalarından olan “Fujitsu” bu son məhsulu ilə önümüzdəki iki il içərisində ən çox satışla məşğul olan ilk 10 firmanın arasında olmağı planlaşdırır.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə