Prezident İlham Əliyev tərəfindən 14 aprel 2009-cu il tarixində təsdiq olunmuş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” üzrə ölkə əhəmiyyətli tədbirlərdə rabitə xidmətlərinin yaxşılaşdırılması istiqamətində regionlarda universal rabitə xidmətinin inkişaf etdirilməsi (2009-cu il), “Azdatakom” şəbəkəsinin xidmətlərinin regionlarda tətbiqinin genişləndirilməsi (2009-2012-ci illər) və ölkədə rəqəmsal TV yayım şəbəkəsinin təşkilinin dəstəklənməsi (2009-2012-ci illər) nəzərdə tutulur.
Bakı şəhərində rabitə sahəsinin təkmilləşdirilməsi üzrə paytaxtın poçt şəbəkəsinin optimallaşdırılması (2009-2012-ci illər), Bakı şəhəri və ətraf qəsəbələrdə yaşayan əhaliyə rabitə xidmətinin yaxşılaşdırılması məqsədilə mövcud ATS-lərin rekonstruksiyası və elektronlaşdırılması (2009-2012-ci illər) planlaşdırılır.
Qeyd edək ki, Dövlət Proqramında qeyd olunmuş tədbirlərin icrasının dövlət büdcəsi, büdcədənkənar dövlət fondları, idarə, müəssisə və təşkilatların, Sahibkarlığa Kömək Milli Fondunun və “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin, yerli və xarici sahibkarların, beynəlxalq təşkilatların və xarici dövlətlərin maliyyə vəsaitləri eləcədə digər mənbələr hesabına maliyyələşdirilməsi nəzərdə tutulur.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri