“Azercell”də xəttin birtərəfli açıq qalma müddəti uzadıldı

02-05-2009 / 10:29

“Azercell Telekom” MMC-dən abonentlərinin xəttin birtərəfli açıq qalma müddəti uzadılıb.

Şirkətdən xeberler.az-a verilən məlumata görə, artıq Azercell Fakturasız xətt abonentləri üçün xəttin birtərəfli bağlı qalması müddəti 180 gün olub.

 

Əvvəllər abonentin istifadə etdiyi kartın müddəti bitəndən sonra onun xətti yalnız 120 gün birtərəfli açıq qalırdı.

 

İndi isə həmin müddət daha 60 gün artırılıb. Beləliklə, SimSim, Gənc Sim və BizdənBizə abonentlərinin xətləri kartın müddəti bitdikdən sonra yarım il ərzində birtərəfli açıq qalacaq. Həmin müddət ərzində abonent istənilən məbləğli kartı yükləməklə xəttini yenidən ikitərəfli aça bilər.

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə