Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinin (DRİ) İstismara Nəzarət Şöbəsi cari ilin 4 ayı ərzində 168 idarə və təşkilatlarda radioelektron vasitələrinə (REV) texniki baxış, o cümlədən möhürlənmiş avadanlıqlara yenidən baxış və möhürləmə işləri aparıb. Həmçinin şöbə tərəfindən plana uyğun olaraq möhürlənmiş VSAT tipli yerüstü peyk terminallarına baxış keçirilib.
Texniki baxış zamanı 651 ədəd DRİ-də qeydiyyatdan keçməyən müxtəlif tipli REV aşkarlanıb. Onlardan 357 ədədi qeydiyyata alınıb, 200 ədədinin qeydiyyata alınması üçün iş aparılır, 94
ədədi isə möhürlənərək istismarı dayandırılıb.
DRİ tərəfindən dövlət qeydiyyatından keçməyən qeyri-qanuni REV-in istifadəçilərinə qarşı 46 protokol yazılıb, müvafiq tədbirlər görülüb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri