«Azerfon»la «Vodafone» arasında tərəfdaşlıq müqaviləsi imzalanıb

22-07-2009 / 16:43

Bu gün Azərbaycanın mobil operatorlarından olan “Azerfon” MMC “Vodafone” şirkəti arasında “Tərəfdaşlıq müqaviləsi”nin imzalanması münasibətilə tədbir keçirilib.

Tərəfdaş bazarları haqqında müqaviləyə əsasən, “Azerfone” “Vodafone” şirkətinin təqdim etdiyi bir sıra məhsul, xidmət və qurğulara, habelə təchizatlar silsiləsinin idarə edilməsi, müştərilərin cəlb olunması və təkmilləşdirilmiş şəbəkələrarası əlaqənin təşkil olunması sahəsində “Vodafone” şirkətinin təcrübəsindən eksklüziv istifadə hüququ əldə edir. Bununla da, “Vodafone” şirkətinin məhsulları “Azerfon”un hazırki və gələcək abunəçilərinə təqdim olunacaq.

“Vodafone” 2009-cu ilin mart ayına qədər 303 milyon abunəçini əhatə edən beynəlxalq mobil rabitə şirkətlər qrupudur. Hazırda bu şirkətin 5 qitənin 31 ölkəsində səhmdar kapitalı. Həmçinin bütün idünyada 40-dan çox tərəfdaş bazarı var.

“Azerfon” MMC kommersiya fəaliyyətinə 2007-ci il martın 21-də “Nar Mobile” ticarət nişanı ilə başlayıb. Hazırda “Azerfon” şəbəkəsi ölkə ərazisinin 80%-ini əhatə edir. Şəbəkədən 1,3 milyondan çox abunəçi istifadə edir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə