Blogerlərin iddiası təmin edilmədi!

11-08-2009 / 11:34

Dünən, Səbayel rayon məhkəməsində gənc fəallar – Emin Milliylə Adnan Hacızadənin Bakı şəhər Baş Polis İdarəsi, Bakı şəhər prokurorluğu, Daxili İşlər Nazirliyi və Baş Prokurorluğa qarşı iddia ərizəsinə baxılıb. İddiaçıların vəkili Elton Quliyevin ANSPRESS-ə verdiyi məlumata görə, məhkəmə prosesi qapalı keçirilib. Məhkəməyə gənc fəalların özləri dəvət edilməyiblər. Vəkillər hakimə etirazlarını bildirsələr də, proses davam edib. Bundan başqa, məhkəmədə qarşı tərəfin nümayəndələri də iştirak etməyib.

Prosesdə iddiaçı tərəfin vəkilləri çıxış edərək bildiriblər ki, hüquq-mühafizə qurumlarının yaydıqları birgə bəyanatda gənclər barəsində təqsirsizlik pezumpsiyası pozulub.

Prosesdə hakim Nurəddin Babayev gənc fəalların iddiasını təmin etməyib.

Xatırladaq ki, Daxili İşlər Nazirliyi və prokurorluğun iki bəyanatında Emin Milliylə Adnan Hacızadənin təqsirindən danışılıb. Bəyanatlarda deyilib ki, gənclər xuliqanlıq ediblər və iki nəfəri döyüblər. Buna görə onların saxlanılması qanunidir. Gənc fəalların vəkilləri isə deyirlər ki, onları məhkəmə qərarından əvvəl təqsirli kimi qələmə vermək qanuna ziddir.

Emin Milli və Adnan Hacızadə iyulun 8-də "Livan" kafesində baş verən münaqişədən sonra həbs olunublar. Səbail rayon məhkəməsi iyulun 10-da gəncləri 2 ay müddətinə həbs edib.

E. Quliyevin sözlərinə görə, Emin Milli və Adnan Hacızadə istintaqda iştirakdan imtina ediblər. Buna səbəb isə istintaqın qərəzli aparılması, onların ifadələrinin ədalətli və obyektiv yoxlanması əvəzinə təkzib edilməsi üçün müxtəlif yollardan istifadə edilməsidir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə