Blogerlərlə bağlı Bakı Apellyasiya Məhkəməsinə iki şikayət verilib

19-08-2009 / 20:28

Gənc blogerlər Adnan Hacızadə və Emin Millinin vəkilləri avqustun 19-da Bakı Apellyasiya Məhkəməsinə iki şikayət təqdim ediblər. Bu haqda Azadlıq Radiosuna Adnan Hacızadənin vəkili İsaxan Aşurov məlumat verib.

İsaxan Aşurov: «Bu şikayətlər Adnan Hacızadə ilə Emin Millinin hüquqlarının pozulması ilə bağlıdır. Birinci şikayətdə söhbət təqsirsizlik prezumsiyasının pozulmasından gedir. İkinci şikayətdə isə həm onlarla pis davranışdan, həm də müdafiə hüquqlarının pozulmasından bəhs edilir. Təəssüf ki, bizim bu şikayətlərimizi Səbail Rayon Məhkəməsi təmin etməmişdi».

Vəkil deyir ki, Bakı Apellyasiya Məhkəməsində bu şikayətlərə nə vaxt baxılacağı hələ ki, məlum deyil.

İ.Aşurov avqustun 19-u həmçinin Kürdəxanıdakı Bakı İstintaq Təcridxanasında saxlanan Adnan Hacızadə ilə də görüşüb.

Onun sözlərinə görə, A.Hacızadənin nə saxlanma şəraitindən, nə də təcridxana əməkdaşlarının davranışından şikayəti var. Ancaq vəkil deyir ki, Adnan Hacızadənin atası Hikmət Hacızadə hələ də onunla görüşə bilmir:

«Müdafiə tərəfi bununla bağlı Səbail Rayon Məhkəməsinə şikayət edib. Bu şikayətlə bağlı məhkəmə avqustun 24-nə təyin edilib».

Məlumat üçün bildirək ki, Emin Milli və Adnan Hacızadə iyulun 8-də «Livan» restoranında baş verən münaqişədən sonra həbs olunublar.Səbail Rayon Məhkəməsi iyulun 10-da gəncləri 2 ay müddətinə həbs edib.Gənclərin həbsi bir sıra beynəlxalq təşkilatlar tərəfindən pislənilib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə