Web jurnalistika təliminin ikinci həftəsinə start verilir

24-08-2009 / 10:46

Web jurnalistika təliminin ikinci həftəsinə bu gün, 24 avqustda start verilir.Azərbaycan Media Mərkəzinin təşkil etdiyi web jurnalistika təliminin 1-ci həftəsi isə artıq sona yetdi. Təlimin 2-ci həftəsində Axtarış Sistemlərindən istifadə və web yarıbacarıqlı əldə edən 15 vətəndaş və peşəkar jurnalist sosial şəbəkələrə aid olan sirlər bələd olacaqlar.

Təlimin 1-ci hissəsi web komunikasiya üzrə beynəlxalq mütəxəssis Conas Soderstorm tərəfindən təqdim olunmuşdur. “İnternet insanlar arasında ünsiyyətin münasib vasitəsidir. Bu səbəbdən bu təlim  jurnalistikada və ona yaxın sahələrdə çalışanlar üçün çox önəmlidir. Ümid edirəm bu təlimdən sonra gördüyümüz işin keyfiyyəti və sürəti xeyli artacaq”, - Araşdırma Jurnalislərin Azərbaycan Şəbəkəsinin koordinatoru Lalə Rəhimova qeyd elədi.

Tədbirin yekunlarına həsr olunmuş 28 Avqust 2009-cu il tarixində saat 12:00-da təşkil olunacaq mətbuat konfransı zamanı iştirakçılara sertifikatlar  veriləcək.

Qeyd edək ki, bu təlim kursu Avropa Komissiyası və Avropa Şurasının birgə layihəsi olan Cənubi Qafqaz və Moldovada ifadə və informasiya azadlığı və media azadlığı programı  çərçivəsində Azərbaycan Media  Mərkəzi tərəfindən təşkil olunur.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə