“bp-Azerbaijan” şirkəti “Azercell” operatorunun xidmətindən imtina etdi!

27-08-2009 / 10:54

Şirkət “Azercell” operatorunun xidmətindən imtina edərək, qiymətləri nisbətən aşağı olan “Bakcell”ə keçdi

Bu həftə “bp-Azerbaijan” şirkətinin əməkdaşlarına “Azercell” operatorunun xidmətindən imtina etmək və qiymətləri nisbətən aşağı olan “Bakcell”ə keçmək təklif olunub. Şirkətdəki mənbədən “Turan”a verilən məlumata görə, “Azercell” nömrələrini saxlamaq istəyənlər rabitə xidmətləri haqqını artıq özləri ödəməli olacaq.

Qeyri-rəsmi məlumatlara görə, bu, yüzlərlə telefon nömrəsi deməkdir.Məlumatı “Turan”a şərh edən bp-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tamam Bayatlı “Azercell” nömrələrindən imtina barədə məlumatı təsdiq edib: «Qəbul edilmiş təcrübəyə əsasən, partnyorların seçilməsi zamanı tender keçirilir və daha sərfəli şərtlər təklif edənlərin xeyrinə seçim edilir.

Tender bu yaxınlarda keçirilib və başqa mobil rabitə partnyorunun seçilməsi sırf kommersiya maraqları ilə izah olunur. Tenderdə üç mobil rabitə operatoru - «Azercell», «Bakcell» və «Azerfon» iştirak edib. Tender iştirakçılarından yüksək texniki zəmanətlər, BTC boru kəmərinə xidmət üzrə rabitəyə yüksək zəmanət, üstün rouminq xidmətləri və təbii ki, aşağı xidmət qiymətləri tələb olunurdu. Tender komissiyası «Bakcell»in təkliflərini daha münasib sayıb».


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə