ANS Şirkətlər Qrupu və “Yeni Müsavat” arasında məhkəmə prosesinə start verildi

09-09-2009 / 15:12

Bu gün saat 10-da Nizami rayon məhkəməsində hakim Ziya Əliyevin sədrliyi ilə ANS Şirkətlər Qrupu və “Yeni Müsavat” qəzeti arasında məhkəmə prosesinin hazırlıq iclası keçirilib.Bu haqda qəzetin rəsmi veb səhifəsində məlumat yayılıb.

Məlumata əsasən hazırlıq iclasında ANS-in baş direktoru Yaşar Babayev tərəfindən “Yeni Müsavat”a qarşı yeni iddia qaldırılıb. Yeni iddia da köhnə iddianın bənzəridir. Belə ki, Yaşar Babayev fiziki şəxs olaraq Zahid Səfəroğlunun iki media quruluşu arasında ixtilafa səbəb olmuş məqaləsindən mənəvi sarsıntı keçirdiyini əsas göstərərək “Yeni Müsavat” qəzetinin və Zahid Səfəroğlunun ona maddi təzminat ödəməsini tələb edir. Təzminatın məbləği ümumilikdə 80 (“Yeni Müsavat”dan 50, Zahid Səfəroğludan 30) min manatdır.

Qəzetin nümayəndəsi Vaqif Hüseyn ANS-in iddilasını qəbul etmədiklərini, onun qanunsuz və əsassız olduğunu,bu barədə dəlil və sübutlarını məhkəmə iclasında təqdim edəcəklərini bildirib.

Məhkəmə baxışı sentyabrın 29-na təyin edilib.

Qeyd edək ki, “Yeni Müsavat” da işguzar nüfuzu ləkələyən ifadələrə yol verdiyinə görə ANS-i məhkəməyə verib və 100 min manat məbləğində təzminat tələb edir. İddia ilə bağlı hazırlıq iclası sentyabrın 23-də Səbayel rayon məhkəməsində olacaq.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə