Google-dən yeniləşmiş Google Hot Trends xüsusiyyəti

02-10-2009 / 09:00

Google öz üzərində işləməyi və tez-tez yeniliklər etməyi çox xoşlayır. Bu dəfə yenə də Google istifadəçilərinin qarşısını yeniliklərlə çıxdı. Google axtarış nəticələrinə Hot Trends adlı xüsusiyyətini əlavə etdi. Bu xüsusiyyət 2,5 il əvvəl əlavə olunmuşdu və Google-də bir saat içərisində ən çox axtarılan 100 sualı göstərirdi.

Google Hot Trends-i daha da genişləndirdi. Bir istifadəçi ən çox axtarılan mövzulardan birini axtarırsa, bu axtarışın zaman içərisində nə qədər sürətli bir şəkildə tapıldığını göstərəcək. Bu axtarış nəticələrinin altında iştirak edir.

Google-nin ötən günlərdə ən məşhur axtarışları arasında yeni televiziya proqramı Trauma iştirak edib. Google spikeri işləri sadələşdirmək üçün Google Hot Trends səhifəsindəki ədədi 100-dən 40-a endirdiklərini açıqlayıb. Google-yə görə etdikləri bu dəyişikliyin bir məqsədi də istifadəçilərin diqqətini daha məşhur axtarışlara çəkməkdir.

Google Hot trends-i görmək istəyənlər bu ünvanı www.google.com/trends/hottrends ziyarət edə bilərlər.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə