Bu gün Microsoft korporasiyası Windows 7 əməliyyat sisteminin buraxılması haqqında rəsmi bəyanat yayıb. Bəyanatda bildirilir ki, Windows 7-nin ideyası çox sadədir: kompüter ilə işi əvvəlkindən daha asan etmək. “Windows 7 ilə kompüterlər üçün xoş zamanlar gəldi. Windows 7 ilə siz həyat tərzinizə tamamilə uyğun olan kompüterə sahib olacağınıza əmin ola bilərsiniz”, deyə Microsoft korporasiyasının baş direktoru Stiv Balmer qeyd edir. Yeni əməliyyat sistemi təkmilləşdirilmiş və səmərələşdirilmiş interfeysi və gündəlik iş fəaliyyətini daha xoşagələn və sürətli edən keyfiyyətcə yeni xüsusiyyətləri təqdim edir.
İlk dəfə Windows 7 əməliyyat sistemi 2008-ci ilin 28 oktyabr tarixində keçirilən Microsft-un proqramçılarının konfransında nümayiş olunub. Windows 7-də ən gözəçarpan vizual dəyişiklik Windows 95 məhsulunun buraxılmasından bu ana qədər nəzərəçarpan dəyişikliyi olmayan tapşırıqlar panelində baş vermişdir. Windows 7 məhsuluna istifadəçi interfeysinin, bu və ya digər formada, naturallaşdırılması üçün bir çox yeni imkanlar əlavə olunmuşdur: məsələn, əl yazmalarının tanınması funksiyasına əlavə olaraq Windows 7 məhsulu riyaziyyatçı tələbələri sevindirəcək riyazi simvolları tanınması funksiyası əlavə olunub.
Microsoft şirkəti yeni ƏS-də həmçinin multi-touch texnologiyasının dəstəklənməsini də təmin etmişdir. Həmçinin qeyd etmək lazımdır ki, Windows 7 Professional və Windows 7 Ultimate məhsullarında yeni əməliyyat sistemləri üçün xüsusi olaraq yeniləşdirilməyən proqramlarla iş üçün nəzərdə tutulmuş XP rejimi var. İstifadəçilər bir neçə Windows 7 relizləri aarsında öz seçimlərini edə bilərlər: Windows 7 Starter, Windows 7 Home Basic, Windows 7 Home Premium, Windows 7 Professional, Windows 7 Ultimate. Bundan əlavə, Microsoft şirkətilə Enterprise Agreement müqaviləsini bağlayan korporativ istifadəçilər genişləndirilmiş Windows 7 Enterprise versiyasını yükləyə bilərlər.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri