Previous Next
Bağla

Çində sualtı kompüter serveri istifadəyə veriləcək

06-10-2025 12:06
Çində sualtı kompüter serveri istifadəyə veriləcək

Çin şirkəti yüksək enerji istehlakı və serverlərin həddən artıq qızmasını aradan qaldırmaq üçün Şanxay yaxınlığında data mərkəzlərini suyun altına salmağı planlaşdırır.

Xeberler.az “Sciencealert” nəşrinə istinadən məlumat verir ki, yeni təcrübə dünyada bu tipli ilk kommersiya layihələrindən biri ola bilər. Bu mərkəzlər bütün dünyada veb-saytlar və proqramlar üçün məlumat saxlayan fiziki serverlərdir. Belə ki, süni intellektin inkişafı ilə hesablama gücünə tələbat da sürətlə artır.

Sualtı data mərkəzlərinin əsas üstünlüyü soyutma zamanı enerjiyə qənaətdir. Serverlər adi məlumat mərkəzlərində istifadə olunan enerji tutumlu hava soyutma sistemləri ilə deyil, okean axınları ilə təbii şəkildə soyudulacaq.

“Sualtı qurğular soyutma üçün sərf olunan enerjinin təxminən 90 faizinə qənaət edə bilər”, -deyə dövlətə məxsus tikinti şirkətləri ilə birlikdə Şanxay kapsulunu hazırlayan “Highlander” kompaniyasının vitse-prezidenti izah edib.

Nəşr qeyd edir ki, hazırda estakadada böyük sarı kapsulun - eksperimental sualtı data mərkəzinin quraşdırılması başa çatmaq üzrədir. Oktyabrın ortalarında başlaması planlaşdırılan layihə “China Telecom” və dövlətə məxsus süni intellekt şirkətləri kimi müştərilərə xidmət göstərəcək. Bu, milli karbon izinin azaldılması proqramının bir hissəsi olacaq.

“Microsoft” artıq 2018-ci ildə Şotlandiya sahillərində oxşar texnologiyanı sınaqdan keçirib, lakin Çin layihəsi ilk kommersiya xidmətlərindən biri ola bilər. Bununla belə, ekspertlər onun ekoloji təhlükəsizliyinə və kommersiya məqsədəuyğunluğuna şübhə edirlər. Kaliforniya Universitetinin (ABŞ) eksperti Şaoley Renin sözlərinə görə, bu cür layihələr indiyədək yalnız “texnoloji mümkünlüyü” nümayiş etdirir. Təcrübənin uğurlu olduğunu elan etməsinə baxmayaraq, “Microsoft” hələ də kommersiya məhsulu təqdim etməyib.

Sualtı data mərkəzlərinin geniş tətbiqindən əvvəl ciddi texniki və ekoloji problemlər həll edilməlidir. Ən mühüm olan amil avadanlığı sudan və korroziyadan qorumaqdır. Çin layihəsi bu problemi polad kapsul üzərində şüşə lopalarının xüsusi qoruyucu örtüyü ilə həll edir. Serverin təmiri üçün sualtı modulu onun suüstü seqmentinə birləşdirən lift da var. Tərtibatçıların fikrincə, mərkəzin demək olar ki, bütün enerjisi (95%-dən çoxu) yaxınlıqdakı dəniz külək stansiyalarından alınacaq.

Bununla belə, digər problemlər də qalmaqdadır. Sualtı data mərkəzini internetə qoşmaq ənənəvi quru serverlərdən daha çətindir. Florida Universitetindən (ABŞ) və Yaponiyadan olan tədqiqatçılar da aşkar ediblər ki, sualtı data mərkəzləri səs dalğalarından istifadə edən hücumlara qarşı həssas ola bilər. Digər mühüm məsələ onun dəniz ekosistemlərinə təsiridir. Serverlər tərəfindən yaradılan istilik bəzi dəniz növlərini cəlb edə və digərlərini dəf edə bilər.

Hall Universitetindən dəniz ekoloqu Endryu Uont qeyd edir: “Hələ bu sahədə kifayət qədər tədqiqat aparılmayıb”.

“Highlander” isə bildirir ki, 2020-ci il sınaq layihəsinin müstəqil qiymətləndirilməsi suyun temperaturunun məqbul səviyyədən əhəmiyyətli dərəcədə aşağıda qaldığını aşkar edib. Bununla belə, ekoloqlar xəbərdarlıq edirlər ki, sualtı mərkəzlərin sayı çoxaldıqca, dənizdə termal çirklənmənin səviyyəsi də artacaq.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Dənizin dibində data mərkəzi quruldu

08-06-2018

Batan gəmiləri robot axtaracaq

24-04-2015

Google Earth dəniz dibinə qədər getdi

03-02-2009

Yeni sualtı robot Arktika dənizlərində

31-10-2016

Yusif Cabbarov: Kardesa layihəsi regionda innovativ və iqtisadi inkişafa töhfə verəcək

22-10-2025

Orange və Google arasında saziş imzalanıb

15-10-2018

İnternet istifadəçilərinin sayı artdıqca...

11-05-2009

Avropa ölkələri Şimal qütbü vasitəsilə sualtı internet kabeli çəkəcək

15-02-2026

"Titanik"ə səfər təşkil edən şirkətin sosial media hesabları və veb saytı bağlandı

16-07-2023

Yeni nəsil rabitə kabeli istismara verilib

27-09-2017

Sualtı robot-ilan yaradılıb

21-04-2016

Nazir müavini: "Süni intellektlə bağlı data mərkəzləri yaradılmalıdır"

08-12-2025

İnternetin taleyi necə olacaq?

29-06-2009

Ermənistanın nüvə-AI strategiyası: Azərbaycan üçün risklər və imkanlar

10-02-2026

Mina əleyhinə robotlarla təchiz edilən katerlər hazırlanıb

12-10-2018

Ermənistanda və Afrikada internetə çıxışda problemlər yaranıb

11-07-2010

Yevlaxda ehtiyat data mərkəzi istifadəyə veriləcək

14-02-2022

Microsoftun data-mərkəzlər üzrə direktoru Apple şirkətinə keçib

18-04-2011

Qazaxıstanla Azərbaycan arasında sualtı fiber-optik xətlərinin çəkilməsi gələn il başa çatdırılacaq

18-10-2025

Təşəbbüs bizdən olsa da, görünən odur ki, Qazaxıstan daha çox faydalanmaq istəyir - Osman Gündüz

19-03-2025

Sualtı internet infrastrukturu: Qurulması və əhəmiyyəti

19-05-2020

Ölkələr külək, günəş və su enerjisindən istifadəyə keçə bilər

25-11-2015

Kompüterlər su ilə soyudulacaq!

10-11-2009

Dünyada sualtı internet kabellərini təmir edən gəmilərin sayı azalır

03-07-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə