“Azexport”un nümayəndə heyəti Türkiyədə bir sıra görüşlər keçirib

06-10-2025 / 12:05

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Azexport” portalının nümayəndə heyəti Azərbaycanın rəqəmsal ticarət imkanlarını genişləndirmək, e-ticarət və innovasiya sahəsində qabaqcıl təcrübələri öyrənmək məqsədilə Türkiyənin Ankara və İstanbul şəhərlərində bir sıra görüşlər keçirib.

Xeberler.az bildirir ki, səfər çərçivəsində Ankara şəhərində Türkiyə Sənaye və Texnologiya Nazirliyi, "ODTÜ
Teknokent" və rəqəmsal texnologiyaların geniş tətbiq olunduğu müxtəlif innovativ müəssisələr ziyarət olunub. Görüşlərdə Türkiyədə innovasiya ekosisteminin formalaşması, startapların dəstəklənməsi və rəqəmsal transformasiya proseslərinin təşkili üzrə məsələlər müzakirə edilib.

İstanbulda isə nümayəndə heyəti İstanbul Sənaye Palatası (İSO), “MEXT Technology Centre” və İstanbul Texniki Universitetinin Texnoparkı “ARI Teknokent” kimi qabaqcıl texnoloji mərkəzlərdə görüşlər keçirib.

“Azexport” portalının rəhbəri Ayxan Qədəşov bildirib ki, hazırda Türkiyə regionda rəqəmsal transformasiyanın ən uğurlu nümunələrindən biridir. Səfər olunan müəssisə və təşkilatlar sənaye 4.0 texnologiyalarının tətbiqi, süni intellekt, avtomatlaşdırma və rəqəmsal istehsal sahələrindəki uğurlu fəaliyyətləri ilə tanınır. “Azexport” portalının məqsədi bu təcrübəni Azərbaycana gətirmək, yerli istehsalçılar və ixracatçılar üçün rəqəmsal alətləri daha geniş tətbiq etməkdir. Görüşlər çərçivəsində müzakirə olunan əməkdaşlıq imkanları gələcəkdə iki ölkə arasında elektron ticarət, innovasiya və sənaye sahəsində əməkdaşlığın dərinləşməsinə töhfə verəcək.

Səfər zamanı rəqəmsal ekosistemin gücləndirilməsi, ixracatçılar üçün yeni platforma həllərinin tətbiqi və “Azexport” portalının beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində konkret razılaşmalar əldə olunub.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə