Sərfəli mobil xidmətləri və sosial layihələrə davamlı dəstəyi ilə seçilən “Nar”ın tərəfdaşlığı ilə “Bütün Vücudlar Danışır” sosial layihəsinin 2024-2025-ci illər üzrə hesabat tədbiri keçirilib.
Layihənin əsas məqsədi həssas və qeyri-həssas qrupları bir araya gətirməklə onların fiziki və emosional rifahını yaxşılaşdırmaq, sosial bacarıqlarını inkişaf etdirmək, yeni dostluqlar qurmaq və inklüziv cəmiyyətin gücləndirilməsinə töhfə verməkdir.
Tədbir çərçivəsində layihənin hesabatı təqdim olunub. Bildirilib ki, il ərzində layihəyə
ümumilikdə 587 nəfər – həm əlilliyi olan, həm də olmayan iştirakçı cəlb edilib və beləliklə, həssas və qeyri-həssas qrupların birgə fəaliyyəti dəstəklənib. Həmçinin, cəmiyyətdə inklüziv davranış mədəniyyətinin təşviqi məqsədilə sosial şəbəkələrdə yayımlanan maarifləndirici videoların təsiri və əldə olunan nəticələr tədbir iştirakçıları ilə bölüşülüb. Qonaqlar inklüziv dəyərləri əks etdirən bədii film nümayişini izləyib, eləcə də xüsusi inklüziv rəqs tamaşasının şahidi olublar. Tədbirdə layihənin ideyası ətrafında birləşən tərəfdaş qurumların rəhbərləri də çıxış edərək inklüziv cəmiyyətin təşviqinə dair fikirlərini səsləndiriblər.
Tədbirdə iştirak edən “Nar”ın İctimaiyyətlə əlaqələr və korporativ ünsiyyət departamentinin direktoru Hökümə Kərimova bildirib: “Nar” ölkəmizdə inklüzivlik istiqamətində layihələr həyata keçirən ilk şirkətlərdən biridir. Xüsusilə qürurvericidir ki, bu təşəbbüslərimiz digər şirkətlər üçün də ilham və motivasiya rolunu oynayır. Biz inklüzivliyi dəstəkləməklə həm cəmiyyətin inkişafına, həm də biznes mühitində sosial məsuliyyətin güclənməsinə töhfə veririk”.
Sosial məsuliyyət fəaliyyətlərini ardıcıl şəkildə davam etdirən “Nar” korporativ sosial məsuliyyət strategiyası çərçivəsində təhsil, inklüzivlik və sosial rifah istiqamətində
təşəbbüsləri dəstəkləməklə cəmiyyətdə bərabər imkanların təşviqinə və inklüziv dəyərlərin güclənməsinə töhfə verir. Mobil operatorun həyata keçirdiyi bütün sosial layihələrlə nar.az vasitəsilə tanış ola bilərsiniz.
Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator
müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları