Previous Next
Bağla

Ekspert: Azərbaycan süni intellekt ekosistemində yeni mərhələyə keçir

13-09-2025 13:13
Ekspert: Azərbaycan süni intellekt ekosistemində yeni mərhələyə keçir
"Ötən günlər Azərbaycanda Süni İntellekt Akademiyasının yaradılması ilə bağlı məlumatlarda diqqətimi Akademiyanın yaradılmasından daha çox “Milli Süni İntellekt Mərkəzi”nin və milli LLM modelin yaradılması cəlb edib".
 
Xeberler.az məlumat verir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
 
Ekspertin sözlərinə görə, təqdimatda Azərbaycanda ilk dəfə olaraq 10 milyard token üzərində öyrədilmiş geniş milli dil modeli (LLM) prototipi hazırlandığı bildirilib:
 
"Yəni Azərbaycan təkcə xarici şirkətlərin məhsullarından asılı qalmadan, öz milli süni intellekt modelinin yaradılması istiqamətində addım atıb.
 
İki nazirimizin, Rəşad Nəbiyev və Emin Əmrullayevin bu təqdimata qatılması da təsadüfi deyildi. Dövlət Vergi Xidmətinin resurslarından görsənir ki, artıq ölkədə “Milli Süni İntellekt Mərkəzi” MMC təsis edilib. Tuncay Bağırov "Milli Süni İntellekt Mərkəzi"nin direktoru təyin edilib.
 
Xatrıladıram ki, bir ildən çox "Aİ Lab" olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzdində, bir LAYİHƏ olaraq fəaliyyət göstərən bu qurum artıq müstəqil bir hüquqi şəxs, ŞİRKƏT olaraq fəaliyyətə başlayıb".
 
Ekspert düşünür ki, əvvəllər layihə olaraq fəaliyyət göstərən qurumun şirkətə çevrilməsi, eyni zamanda AZCON tərəfindən dəstəklənməsi böyük irəliləyişdir:
 
"İnanmaq olar ki qurumun fəaliyyəti xeyli sürətlənəcək. Düşünürəm ki, bu, ölkəmizdə süni intellekt ekosisteminin formalaşmasında da irəliyə doğru bir addımdır.
 
Əminəm ki “Milli Süni İntellekt Mərkəzi” MMC-nin işləri yalnız AI Academy ilə tamamlanmayacaq.
 
Qurum süni intellektin inkişafı istiqamətində daha uğurlu layihələr həyata keçirəcək.
 
Ölkənin ən nəhəng və ən zəngin qurumlarından olan AZCON-nun "Milli Süni İntellekt Mərkəzi”nə dəstək verəcəyini bildirməsi isə gözləntilərimizi daha da gücləndirir".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İranda Süni İntellekt Mərkəzi yaradılır

29-10-2025

Milli Süni İntellekt Mərkəzi 3 süni intellekt layihəsini istifadəyə verib

11-12-2025

Yeni yaradılan Milli Süni İntellekt Mərkəzinə direktor təyin olunub

12-09-2025

Osman Gündüz: Az-LLM-in yaradılması strateji əhəmiyyət daşıyır

11-02-2025

Süni İntellekt Akademiyası fəaliyyətə başlayıb

08-09-2025

Milli Süni İntellekt Strategiyası gələn il hazır olacaq

16-12-2022

Nazir müavini: Azərbaycan süni intellekt üzrə mövqeyini gücləndirir

11-02-2026

NDU ilə Milli Süni İntellekt Mərkəzi arasında memorandum imzalanıb

20-12-2025

Rəşad Nəbiyev süni intellektlə bağlı müzakirədə çıxış edib

05-08-2025

Elm və Təhsil Nazirliyi süni intellekt kursunu dəyişmir - Ekspert

10-07-2025

“E-qanun.ai”nin mobil tətbiq versiyasının istifadəyə veriləcək

17-11-2025

Ekspert: Süni İntellekt Akademiyasını hansı qurum yaradır?

08-04-2025

Qazaxıstanda Milli Süni İntellekt Mərkəzi yaradılacaq

02-09-2024

Azərbaycanda Süni İntellekt Akademiyası yaradılacaq

19-03-2025

BDU-da rəqəmsallaşma istiqamətində fəaliyyət planı təkmilləşdirilir

17-02-2026

Süni intellekt üzrə Milli Strategiya üçün Yol Xəritəsi tərtib edilib

26-01-2023

Ermənistanda süni intellekt nazirliyinin yaradılması planlaşdırılır

11-05-2026

Qazaxıstan və Çin süni intellekt laboratoriyasının yaradılması üzrə layihəyə başlayacaq

09-02-2025

Osman Gündüz: 2-ci Superkompüter Mərkəzini quracaq şirkət bəlli olub

26-05-2025

4SİM və Avropa Süni İntellekt Mükəmməlliyi Mərkəzi əməkdaşlığı genişləndir

10-04-2026

"Ölkədə süni intellekt ekosisteminin formalaşması xeyli sürətlənib" - Ekspert

09-04-2025

Azərbaycan məhkəmə sistemində süni intellekt dövrü başlayır - Ekspert

02-04-2025

“Meta” süni intellekt sahəsinə 60-65 milyard dollar sərmayə qoyacaq

25-01-2025

Süni intellekt üzrə prioritet sektorların siyahısı hazırlanacaq

19-03-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə