Oktyabrın 26-da Avropa Şurası Parlament Assambleyasının media üzrə alt komitəsinə bu təşkilata üzv bəzi ölkələrdə söz və mətbuat azadlıqlarının vəziyyətinə dair hesabat təqdim olunub.
Xeberler.az bildirir ki, hesabata əsasən, Avropa Şurası dövlətlərində son 3 il ərzində mətbuat azadlığı sahəsində "əhəmiyyətli geriləmə" qeydə alınıb. Hesabatı müstəqil ekspert Uilyam Horsli hazırlayıb.
RATİ-nin məlumatına əsasən tədqiqatçı və sabiq BBC müxbiri Horslinin hazırladığı hesabat, alt komitənin sədri Endryu Makintoşun mətbuat azadlığına dair AŞ PA üçün hazırladığı və bazar ertəsi Lüksemburqda təqdim edilmiş hesabatının bir hissəsidir.
Hesabatın Azərbaycana aid olan hissəsində, ölkə hakimiyyəti əsas olmadan jurnalistləri həbs etməkdə, onlara həbsdə kobud davranmaqda ittiham edilir. Pozuntular sırasında “Tolishi Sədo” qəzetinin həbs cəzası çəkərkən vəfat etmiş redaktoru Novruzəli Məmmədovun, polis zorakılığına məruz qalan Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri Emin Hüseynovun, qətlinin üstü açılmamış Elmar Hüseynovun, həbsdə olan jurnalist Eynulla Fətullayevin adları hallanır. Uilyam Horsli BBC-nin Azərbaycan xidmətinə müsahibədə media azadlığı üzrə hesabatın əhəmiyyətini belə şərh edib: "Bu hesabatda Avropa Şurasının parlament üzvlərinə son 3 ildə Avropa Şurası məkanında media azadlığı, jurnalistlərə təzyiqlər, onların həbs edilməsi və fəaliyyətlərinin məhdudlaşdırılmasına dair ümumiləşdirilmiş məlumat təqdim olunub. Ən əsas nəticə budur ki, həm Şərqi, həm də Qərbi Avropada jurnalistlərin vəziyyəti daha da kəskinləşib. Azərbaycan, Rusiya, Belarus, Moldova daxil bir neçə ölkədə isə media sahəsində vəziyyət pisləşərək xroniki hal alıb. Bu ölkələrdə mətbuat azadlığı təhlükə altındadır".
Horsli deyib ki, Avropa Şurasını Azərbaycanda həbsdə olan jurnalistlərin sayının Avropanın hər hansı digər ölkəsi ilə müqayisədə ən yüksək səviyyədə olması narahat edir. ““Nota Bene” qəzetinin bu yaxınlarda 3 jurnalistinin mühakimə olunması və onlardan ikisinin diffamasiyaya görə həbs edilməsi, ondan əvvəl isə fanat.az saytının əməkdaşlarının da diffamasiya ittihamı ilə məhkum edilməsi bizi narahat edir” - deyə, o bildirib. Horsli əlavə edib ki, Avropa Şurası diffamasiyanın cinayət məcəlləsində istifadə edilməsi təcrübəsini rədd edir və bunu qəbuledilməz sayır. Bu barədə Avropa Şurası və digər beynəlxalq təşkilatların nümayəndələri dəfələrlə Azərbaycan hökumətinin diqqətinə çatdırıblar.
Hesabatı ingilis dilində tam oxumaq üçün
http://assembly.coe.int/CommitteeDocs/2009/20091026_HorsleyReport.pdf linkibə müraciət edə bilərsiniz.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri