Hazırda Bakıda Avropa İttifaqı və Avropa Şurasının dəstəklədiyi “İfadə Azadlığı və Media Azadlığı layihəsi”nin təqdimat mərasimi və layihə çərçivəsində informasiya əldə edilməsi mövzusunda dəyirmi masa keçirilir.
Xeberler.az-ın məlumatına görə, tədbir JW Marriott Abşeron Bakı oteldə baş tutub.
Tədbirdə Avropa Şurasının Azərbaycandakı rəsmisi Draqana Filipoviç, Mətbuat Şurasının sədri Əflatun Amaşov, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı, Proqram rəhbəri Leyla Marşania və digərlərin çıxışı gözlənilir.
Qeyd edək ki, dəyirmi masa Əflatun Amaşovun moderatorluğu ilə keçirilir.
Dəyirmi masa iki hissədən ibarət olacaq.
1-ci hissədə “Azərbaycanda İnformasiya Əldə Etmək: Qanunvericilik və Təcrübə”, 2-ci hissədə isə “İnformasiya əldə etmək sahəsində Avropa Şurası və Avropa standartları” mövzusunda yerli və beynəlxalq ekspertlərin, rəsmi şəxslərin təqdimatları və çıxışları olacaq.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri