Gənc bloggerlər Adnan Hacızadə və Emin Millinin apellyasiya şikayəti icraata verilib. Bakı Apellyasiya Məhkəməsindən aldığımız məlumata görə, hakim Qail Məmmədovun icraatına verilən şikayətə dekabrın 22-də baxılacaq. Qeyd edək ki, Səbail Rayon Məhkəməsinin hökmü ilə Emin Milli 2 il 6 ay, Adnan Hacızadə isə 2 il müddətinə azadlıqdan məhrum ediliblər.
E.Milli və A.Hacızadə iyulun 8-də «Livan» restoranında baş vermiş davada zərərçəkmiş kimi tanınan Babək Hüseynov və Vüsal Məmmədova xəsarət yetirməkdə günahlandırılıblar. Gənclərə qarşı Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.2.1 (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri