Milli Net 2010 - Milli İnternet Mükafatı uğrunda müsabiqədə qeydiyyat prosesi və səsvermənin 1-ci mərhələsi başa  çatıb.  
Milli Net 2010-a start veriləndən qeydiyyat prosesi başa çatanadək 2300 istifadəçi millinet.az saytında qeydiyyatdan keçib və 437 sayt müsabiqəyə təqdim edilib.
Onlardan 309 sayt müsabiqəyə qəbul edilib, 128  sayt isə müsabiqənin şərtlərinə uyğun gəlmədiyinə  görə müsabiqəyə buraxılmayıb.
Müsabiqəyə buraxılmamağın əsas səbəbləri bu saytlarda qanunvericiliyə uyğun olmayan informasiyaların yerləşdirilməsi, müəllif hüquqlarının pozulması, Azərbaycan dili  versiyasının olmamasıdır.
Təşkilat Komitəsinin müəyyən etdiyi Moderatorlar  tərəfindən bu saytlara yazılan şərhlərdə imtinanın səbəbləri  qeyd edilib və sayt sahiblərinə bu haqda məlumat verilib. Qeydiyyat müddətində problemləri aradan qaldıran saytların qeydiyyatına  yenidən baxılıb.
İnternet istifadəçilərinin münasibət  bildirməsi üçün millinet.az da  şərh yazmaq imkanı yaradılıb və indiyədək 2500 – dən çox şərh yazılıb. “Tez-tez verilən suallar” bölməsində yetərli izahedici məlumatlar yerləşdirilib.
Ötən müddət ərzində Təşkilat Komitəsinə Müsabiqənin gedişi ilə, şərhlərin məzmunu ilə bağlı bir neçə şikayət və müraciətlər daxil olub. Bütün Müraciətlərə fərdi qaydada TK tərəfindən baxılıb və Əsasnamənin tələblərinə uyğun olaraq həll olunub. Müsabiqə qaydalarını pozduğuna görə yalnız bir nəfər müsabiqədən kənarlaşdırılıb.
Dizayn, Məzmun və Texniki-texnoloji istiqamətlər üzrə formalaşdırılan 15 nəfərlik Səsvermə Komissiyası üzvündən 13 nəfəri 1-ci mərhələdə saytların qiymətləndirməsin də iştirak edib. İki nəfər münsif onlara aid olan saytların səsvermədə iştirakı səbəbindən Səsvermə Komissiyasından azad edilib.
Səsvermənin 1-ci mərhələsinin yekununda 14 Nominasiya üzrə ən yaxşılar olan 75 sayt Nominant statusu alıb.
Hazırda səsvermənin 2-ci mərhələsi başlayıb. Münsiflər heyəti 04 dekabr tarixədək Nominantlar arasından hər nominasiya üzrə qalib saytları müəyyən edəcəklər.
Təşkilat Komitəsi tərəfindən hazırda qaliblərin mükafatlandırılmasına hazırlıq işləri görülür. 
Bu ilki Müsabiqədə yalnız hər Nominasiya üzrə 1-ci yerlərin qaliblərinə  Müsabiqənin əsas Mükafatının - tuncdan hazırlanmış, 5 kq. ağırlığında və 30 sm. hündürlüyündə hörümçək toru formasında butanın verilməsi nəzərdə tutulub.
Milli İnternet Mükafatının yekun Təqdimat mərasiminin 04 dekabr tarixində keçirilməsi nəzərdə tutulub.
Milli Net-2010 Müsabiqəsinə Azercell, DeltaTelekom və HP şirkətləri dəstək verirlər.
Daha geniş məlumat www.millinet.az saytında yerləşdirilib.
Milli Net 
Təşkilat Komitəsi
www.millinet.az 
492-4444
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
 Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
 Windows 10-u necə sürətləndirmək olar?
 Bizi idarə edən güc: Netokratiya
 Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
 Facebook müəmması
 4G mobil texnologiyası niyə ləngiyir?
 Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
 “Asan imzanı belə gördüm”- Azər Həsrət
 Satışa çıxarılmış Azərbaycan adları