“Məhv edilən keçmişimiz” birinci oldu

19-01-2011 / 23:10

Bu gün Azərbaycan Media Mərkəzində Gənc Bloqçular Şəbəkəsi layihəsi çərçivəsində keçirilən “Sosial Bloq Yazıları 3” müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Tədbirdə çıxış edən Counterpart International təşkilatının nümayəndəsi Anar Aslanov gənclər arasında sosial şəbəkələşmənin vacib olduğunu bildirib. Tədbirin sonuna yaxın isə qaliblər elan olundu.

Beləlliklə, “Sosial Bloq Yazıları 3” müsabiqəsinin qalibləri

1. Araz Bayramov (Bakı)  Məhv edilən keçmişimiz…

2. Aytən Süleymanova (Bakı)  Sizin paraşütünüz hansı rəngdədir?

3. Cavid Həsənov (Sumqayıt)  Boynu bükük yolka dirəyi və kəsilməyini gözləyən şam ağacı

Digər 5 həvəsləndirici yerləri isə aşağıdakı müəlliflərin yazıları tutub:

Səbinə Vaqifqızı (Bakı) Ziyalı kimdir sualından mədəni çevrilişə

İlham Əkbərli (Bakı) Şaxta Bobiyə məktub

Gülarə Əzimzadə (Bakı) Niyə pirat disklər almaq təhlükəlidir?

Fərid Hacıyev (Şəki) – Nə çətin imiş Azərbaycan vətəndaşı olmaq?

Mirzə Dadaşov (Bakı)  Əvvəl asfalt çəkirik, sonra qazıb kanalizasiya

Qeyd edək ki, bu dəfəki müsabiqəyə cəmi 116 bloq yazısı təqdim olunub. Müsabiqədə Azərbaycanın müxtəlif regionlarından (Bakı, Gəncə, Şəki, Sumqayıt, Mingəçevir, Zaqatala, Şabran, Şirvan, Tovuz) olan bloqçular iştirak etsə də, onlardan yalnız 2 nəfəri mükafat alıb.

Xatırladaq ki, “Gənc Bloqçular Şəbəkəsi” layihəsi Counterpart International təşkilatının icra etdiyi ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Vətəndaş Cəmiyyəti layihəsi çərçivəsində maliyyələşdirilir və Gənc Bloqçular Koalisiyası tərəfindən icra olunur.

Müsabiqə haqda daha ətraflı məlumat almaq istəyirsinizsə www.sosium.com saytına daxil olun.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə