Sabah “Sosium”-sosial bloq yazıları müsabiqəsinin qalibləri mükafatlandırılacaq

01-07-2010 / 05:02

Sabah saat 17:00-da Media Mərkəzində “Sosium”-sosial bloq müsabiqəsinin qaliblərini elan etmək və mükafatlandırmaq məqsədilə tədbir keçiriləcək.

 

Tədbirdə YazYay Məktəbi layihəsinin məzunları, media nümayəndələri, Avropa Tələbələr Forumunun prezidenti və müsabiqə münsiflərinin iştirakı gözlənilir.

 

Qeyd edək ki, Müsabiqənin münsifləri jurnalist Zeynal Məmmədli, bloggerlər Əli Novruzov, İlqar Mirzə, jurnalist/bloggerlər Azər Nəzərov və Xanım Cavadovadır.  

 

Sosium-sosial bloq yazıları müsabiqəsi YazYay Məktəbi layihəsi çərçivəsində keçirilib. Məqsədi gənclər arasında sosial bloqçuluğu inkişaf etdirmək olan bu müsabiqə ötən həftə yekunlaşıb.

 

Hacıbəy Heydərli


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə