“Səsin gəlsin!” podkast layihəsi çərçivəsində müsabiqə elan edilib

10-10-2011 / 10:35
Sumqayıt İnformasiya Texnologiyaları Akademiyası (SİTA) tərəfindən həyata keçirilən “Səsin gəlsin!” podkast layihəsi çərçivəsində müsabiqə elan edilib.
Müsabiqədə  podkast (mütəmadi olaraq səs və ya video formatında hazırlanan və internetdə yerləşdirilərək yayımlanan media fayllar) hazırlaya bilən 17-29 yaş arası podkastçılar,  jurnalistlər,  jurnalistika fakültələrinin tələbələri, bloqçular iştirak edə bilərlər.
Oktyabrın sonunadək  keçirilən müsabiqənin şərtləri “podkast.az”saytında yerləşdirilib. İştirak etmək istəyənlər hazırladıqları podkastları müsabiqənin şərtlərini oxuduqdan sonra saytda qeydiyyatdan keçərək yerləşdirə bilərlər.
“Səsin Gəlsin!” podkast  layihəsinin əsas məqsədi Bakı və Sumqayıt şəhərlərində Azərbaycanda podkast mədəniyyətini formalaşdırmaqdan ibarətdir.
SİTA podkast avadanlığı olmayan, lakin müsabiqəyə qatılmaq istəyən gəncləri şəxsiyyəti təsdiq edən sənəd qarşılığında podkast avadanlığı ilə təmin edir. Avadanlıq podkastçıya 2 gün ərzində qaytarmaq şərti ilə verilir.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə