Azərbaycanda stasionar telefon rabitəsi şəbəkəsində diferensial tarif sistemi tətbiq olunacaq

11-02-2011 / 12:08

Azərbaycanın “Azərpoçt” MMC-nin bank və maliyyə xidmətlərinin göstərilməsində heç bir problemi yoxdur.

Bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Onun sözlərinə görə, “Azərpoçt” bu il ərzində etibarlı sistemin təşkili ilə məşğul olacaq: “İşlər planlaşdırılmış qrafik üzrə aparılır”.

Ə.Abbasov qeyd edib ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi stasionar telefon rabitəsi şəbəkəsində xidmət tariflərinin təkmilləşdirilməsi üzrə işləri davam etdirir: “Əsas məqsəd qiymətlərin aşağı salınmasıdır.

Xidmətlər və texnologiyalar elə bir səviyyəyə çatıb ki, müştərilərin alıcılıq qabiliyyətini qiymətləndirməyə avtomatik olaraq imkan verir. Bununla əlaqədar yeni tariflər əhalinin sosial təbəqəsinin vəziyyətinə uyğun diferensial yanaşma əsasında tətbiq olunacaq. Əsas məqsəd aztəminatlı əhali üçün telefon və buna oxşar avadanlıqların qiymətlərinin aşağı salınmasıdır. Bu, asan məsələ deyil. Ona görə də Tarif Şurası ilə işlər davam etdiriləcək”. 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə